Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

2070-ci ilə qədər Afrikanın əhalisi 2 dəfə artacaq - Demoqrafik proqnozlar

Tarix 14.12.24, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, Afrika qitəsinin əhalisi 2070-ci ilə qədər iki dəfə artaraq 3,2 milyarda çatacaq.

Yeniavaz.com xəbər verir ki, Təşkilatın dünyadakı demoqrafik vəziyyətə dair yaydığı sonuncu hesabatda göstərilir ki, Avropa və Asiya qitələrində isə əhalinin artım tempi sürətlə aşağı düşür.
“Avropanın əhalisi artıq azalmağa başlayıb. Bu tendensiyanın davam edəcəyi gözlənilir. Asiya və Latın Amerikasında isə əhalinin 2050-ci illərdən başlayaraq azalmağa başlayacağı proqnozlaşıdırılır. Şimali Amerikada artım olacaq, lakin bu Afrikadakı kimi sürətli baş verməyəcək”, - hesabatda deyilir.
Qeyd olunur ki, Afrikanın gənc əhalisi iqtisadi inkişaf üçün böyük potensial yaradır. Lakin bu sürətli artım qitədə təhsil, səhiyyə və infrastruktur sahələrində ciddi problemlər yarada bilər.
“Digər tərəfdən, Avropa və Asiyada əhalinin azalması iqtisadi artıma təsir edə bilər. Lakin bu hal həm də ekoloji davamlılıq və resurslardan daha səmərəli istifadə baxımından yeni imkanlar yarada bilər”, - sənəddə qeyd olunur.
Bildirilir ki, bu demoqrafik dəyişikliklər qlobal iqtisadiyyata, miqrasiya hərəkətlərinə və resursların idarə olunmasına ciddi təsir göstərəcək, regionlar arasındakı balansın daha da pozulmasına gətirib çıxaracaq və dünya nizamını dəyişdirəcək.
Dünya əhalisinin sayı ilk dəfə 1805-ci ildə 1 milyarda çatıb. İkinci milyard üçün 120 (1925), üçüncü milyard üçün isə cəmi 35 (1960) il lazım olub. 1974-cü ildə isə artıq dünyanın əhalisi 4 milyarda çatmışdı. Ən sürətli artım dövrü 1974-2011-ci illər arasında olub. Bu dövrdə 5-ci, 6-cı və 7-ci milyardlıq artımlar üçün 12-13 il bəs edib.
Bununla belə, pik hədd keçilib. İndi hər milyard üçün vaxtın artması gözlənilir. 2037-ci ildə dünya əhalisinin doqquz milyarda çatması üçün 14 il, 2058-ci ildə isə 10 milyarda çatması üçün 21 il lazım gələcək. BMT-nin son proqnozları bu əsrdə dünya əhalisinin 11 milyarda çatmayacağını proqnozlaşdırır.
Əhalinin 2086-cı ildə 10,4 milyarda çatacağı və sonra azalmağa başlayacağı ehtimal edilir.



Xəbərin oxunma sayı : 661




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap