Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

25 mindən çox azərbaycanlı qadın Türkiyəyə ərə gedib - Son 13 ilin statistikası

Tarix 27.06.22, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı artıb.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 2020-ci illə müqayisədə 20% və ya 405 nəfər artaraq 2 400 nəfərə çatıb.

Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı olan qadınlar yer alıb. 2021-ci il ərzində Suriya vətəndaşı olan 3 449 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub. Növbəti yerlərdə 2 400 nəfərlə Azərbaycan, 2 328 nəfərlə Özbəkistan, 1 215 nəfərlə  Almaniya, 1 984 nəfərlə Mərakeş, 1 201 nəfərlə Rusiya, 1 049 nəfərlə Türkmənistan, 895 nəfərlə Ukrayna, 787 nəfərlə Qırğızıstan vətəndaşları gəlir.

Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 23% və ya 33 nəfər artaraq 175 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla  ən çox Almaniya (1 254 nəfər), Suriya (1 031 nəfər), Avstraliya (272 nəfər) və Əfqanıstan (210 nəfər) vətəndaşı olan kişilər evlənib.
Son 13 ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub:
 
İllərTürkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların sayı, (nəfər)Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı, (nəfər)
20212 400175
20201 995142
20192 743124
20183 194124
20172 790118
20162 170115
20151 65385
20141 59665
20131 57790
20121 56273
20111 29464
20101 06075
20091 01254
CƏMİ25 0461 304








Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap