Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

3-5 dəfə ərə gedən, boşanan məşhurlarımız - ADLAR

Tarix 16.06.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan şou-biznesinin tanınmış ulduzları sənətdə uğurlar qazansalar da, şəxsi həyatlarında daha çox uğursuzluqlarla üzləşirlər. Elə çoxunun evlənməkləri ilə boşanmaqları arasındakı müddət uzun çəkmir. Kimisi boşanmalarını, yenidən ailə qurmaqlarını mətbuatdan gizli saxlayır. Lakin bunu etiraf edənlər də var.

Big.az xəbər verir ki, lent.az bu günə qədər şou-biznesdə iki dəfədən çox ailə quran və boşanan məşhurların siyahısını təqdim edir:

74 yaşlı Əməkdar artist Leyla Şıxlinskaya isə dörd evliliklə şou-biznesdə liderliyini qorumaqdadır.

79 yaşlı Xalq artisti Flora Kərimova 3 dəfə evli olub. Müğənni açıqlamasında bildirib ki, üçüncü nikahı sənəd üzərində olmayıb: "Üçüncü nikahım saxta olub. 20 ilə yaxın məni xaricə buraxmırdılar. Hamı qastrol səfərlərinə gedirdi, mənim də adım yazılırdı, amma qoymurdular". İfaçının üçüncü evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Aparıcı Azər Zahid üçüncü dəfə ailə həyatı qurub. O birinci dəfə aparıcı Vüsalə Əlizadə ilə evlənib. Cütlüyün bu nikahdan Dilək adlı qız övladı var. Sonra Azər V.Əlizadədən ayrılaraq, Nəcibə adlı xanımla evlənib. Onunla da boşanan Azər İlahə adlı xanımla ailə qurub.

45 yaşlı müğənni Nura Suri 3 dəfə evli olub. İfaçının hər nikahdan bir oğlu var.

42 yaşlı müğənni Rəqsanə İsmayılovanın iki evliliyi rəsmi, bir evliliyi isə qeyri-rəsmi olub. Müğənninin ilk evliliyindən Aysun adlı qızı, qeyri-rəsmi yaşadığı bəydən Yağmur adlı qızı, hazırkı həyat yoldaşından əkiz övladları var.

"Azəri-star" yarışmasının iştirakçılarından olan müğənni Nicat Cəfərzadə də 3 dəfə evlənib. Onun ilk evliliyi teleaparıcı Lətafət Ələkbərova, ikinci evliliyi isə "ML" təxəllüslü bəstəkar Lalə Məmmədova ilə olub. İfaçı sonuncu dəfə 2014-ci ildə Gülşən adlı xanımla evlənib.

38 yaşlı rəqqasə Oksana Rəsulova da 3 dəfə evli olub. Onun ikinci evliliyi reper Elşad Xose ilə gerçəkləşmişdi.

Prodüser Roland Bayramov 3-cü dəfə ailə qurub. Sonuncu toyu 2013-cü ilin sentyabrında olub.

"Şeron" qrupunun üzvü Rüstəm Zeynallı üç dəfə ailə qurub. Onun ikinci həyat yoldaşı Xalq artisti Aftandil İsrafilovun qızı Həcər olub. Rüstəm üçüncü dəfə xarici vətəndaşla evlənib.

76 yaşında dünyasını dəyişən mərhum Xalq artisti, gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov ) 3 dəfə evli olub. Musiqiçinin 2-ci evliliyi qeyri-rəsmi olub. Rəmişin həmin evliliyindən olan bir oğlu olub, vəfat edib. İlk evliliyindən iki qızı olub. Övladları atasından imtina etmişdi.

74 yaşında dünyasını dəyişən Xalq artisti Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. İlk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkar sonuncu dəfə özündən 37 yaş kiçik olan Arzu xanımla ailə həyatı qurub. Onun bu evlilikdən olan Şölə adlı qızı dünyaya gəlib.

Qeyd edək ki, müğənnilər Sevda Sanalıyeva, Rəvan Qarayev, Mənzurə Musayeva, Dəniz, Aşıq Samirə Əliyeva, Roza Zərgərli, aparıcılar Mətanət Əliverdiyeva, Ulvira Qarayeva isə ikinci dəfə ailə qursalar da, ikinci evlilikləri uğursuz olub.



Xəbərin oxunma sayı : 430




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap