Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini açıqlandı

Tarix 19.11.18, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) orta məktəb dərsliklərində mütəmadi olaraq monitorinqlər aparır.

AzFakt.com AzEdu.az-a istinadən xəbər verir ki, bu məsələnin vacibliyi başlıca olaraq, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2012-ci il tarixdə verdiyi Fərmandan irəli gəlir.

Həmin Fərmana əsasən Komissiyaya ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılması vəzifəsi həvalə olunub.

Monitorinqin aparılması üçün ardıcıl olaraq: Beynəlxalq təcrübə öyrənilib; meyarlar müəyyənləşdirilib; dərsliklər haqqında rəylər toplanılıb.

Bu sahədə təcrübəyə malik, lakin monitorinqi aparılası dərsliklərin müəllifi olmayan mütəxəssislər sırasından ekspertlər seçilib, onlar haqqında məlumat  “Elektron məlumat bazası”na daxil edilib.

I-XI siniflər üzrə istifadədə olan 391 dərsliyin, 154 müəllim üçün metodik vəsaitin meyarlar üzrə elmi-metodiki monitorinqi aparılıb və yekun rəylər Təhsil Nazirliyinə göndərilib.

Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə (2016) görə hazırda dərsliklərin monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında aparılır.

Yuxarıda göstərildiyi kimi, Mərkəzdə qəbul proqramlarının tərtibi, yeni imtahan modellərinin işlənilməsi, siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının və vəsaitlərin hazırlanması üçün dərsliklərin meyarlar üzrə monitorinqi yenə də aparılır və onların hazırlanmasında dərsliklərdəki səhvlər, mübahisəli məqamlar, uyğunsuzluqlar, faktların qeyri-dəqiqliyi nəzərə alınır.

Məzmun standartlarının reallaşdırılması üçün dərsliklərdə verilmiş tədris materialları və tapşırıqlar bir çox hallarda şagirdlərdə yeni tipli tapşırıqlarla işləmək bacarıqlarının formalaşmasına tam imkan vermir. Ona görə də 2012-ci ildən indiyədək Mərkəzdə fənn kurikulumları əsasında hazırlanmış siniflər üzrə kitabçalarda yeni tipli qiymətləndirmə tapşırıqlarının verilməsini imtahanların keçirilməsi üçün bir növ aprobasiya prosesi kimi göstərmək olar.

Kitabçalarda mətn və onlara verilən tapşırıqlar, situasiya yönümlü tapşırıqlar, Eyler-Venn diaqramları, klasterlər və s. verilməsi şagirdlərdə belə tapşırıqları həll etmək bacarıqlarının formalaşdırılmasına, onların koqnitiv bacarıqlarının inkişafına kömək edir. 2013-cü ildən başlayaraq Mərkəz tərəfindən monitorinq imtahanlarında sadalanan formalarda tapşırıqlar istifadə edilir. Statistik göstəricilər əsasında demək olar ki, ilk dəfə tətbiq edilən tapşırıqların cavablandırılmasında nəticələr aşağı olur. Hər il monitorinq imtahanlarından sonra həmin formalı tapşırıqlar təkmilləşdirilərək yenidən kitabçalara daxil edilir və bu, növbəti monitorinq imtahanlarının nəticələrinə müsbət təsir göstərir.

Hazırda ümumi və tam orta təhsil bazasında buraxılış imtahanları üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları dərc edilib. Həmin jurnallarda təqdim edilmiş imtahan modellərinə ilk dəfə olaraq xarici dil fənlərindən dinləmə mətnlərinə aid tapşırıqlar daxil edilib. Qeyd etmək lazımdır ki, dinləmə mətnləri ilk dəfə ötən il keçirilmiş monitorinq imtahanlarında istifadə edilib. İmtahan nəticələrinin təhlili əsasında həmin mətnlərə qoyulmuş tələblər təkmilləşdirilib və həmin tələblərə uyğun hazırlanmış mətnlər imtahan modelinə daxil edilib. Həmçinin 11-ci siniflər üçün yenicə çapdan çıxmış “İngilis dili” kitabçasında yuxarıda qeyd etdiyimiz kimi, saytda verilmiş dinləmə mətnlərinin tapşırıqları dərc edilib.

Dərslik siyasətinə görə dərsliklər 4 ildən bir tam tirajla yenidən nəşr olunduğu üçün monitorinq nəticəsində bildirilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bununla bağlı dərsliklərdə mövcud olan problemlərin həllində müəllimlərə kömək məqsədilə  Dərslik portalı yaradılıb və yekun rəylərin pdf variantı portalda yerləşdirilib.

Hər bir istifadəçi ona uyğun vaxtda portala daxil olaraq rəylərlə tanış  ola, müzakirələrdə iştirak edə, sorğu ünvanlaya bilər.Sorğular müəlliflər və ya ekspertlər tərəfindən cavablandırılır.  Hazırda portala baxış sayı 3 milyonu ötüb.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap