Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar

Tarix 12.05.26, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Beş ay əvvəl lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanova birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 107 min manatlıq ziyanı tam ödədikləri üçün güzəşt edilib. Onlar Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.

Hökmdən prokurorluq tərəfindən verilən protest və ADY-nin verdiyi şikayətlər də tam təmin edilib. Təqsirləndirilən şəxslərin üzərinə əlavə mülki iddiaları qarşılamaq öhdəliyi qoyulub.

Qeyd edək ki, 58 yaşlı Eldəniz Sadıqov ADY-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi, 37 yaşlı Famil Soltanov isə İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.

Müttəhimlər məhkəmədə 70 ton dizel mənimsədiklərini etiraf edib, əməllərindən peşman olduqlarını deyiblər.  Yekun olaraq E. Sadıqov 6 il, F. Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC də bu cinayətlə bağlı rəsmi məlumat yaymışdı.



Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap