“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Həkimlər rəhbərlikdən şikayət edə biləcək? - TƏBİB-dən YENİ mexanizm

Tarix 25.06.26, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Tibb müəssisələrində çalışan əməkdaşlar iş mühiti, etik davranış qaydalarının pozulması, peşəkar münasibətlərdə yaranan problemlər və səlahiyyətdən sui-istifadə halları ilə bağlı narahatlıqlarını xüsusi "Etimad Xətti" vasitəsilə çatdıra biləcəklər. Musavat.com xəbər verir ki, bununla bağlı məlumat TƏBİB tərəfindən yayılıb.

Bildirilib ki, "Etimad Xətti" (https://tabib.gov.az/vetendashlar-ucun/etimad-xetti) vətəndaşlar üçün deyil, dövlət tibb müəssisələrində çalışan əməkdaşların müraciətləri üçün nəzərdə tutulub. Tibb işçiləri keyfiyyətli tibbi xidmətin göstərilməsinə mane olan hallarla bağlı məlumatları yazılı şəkildə təqdim edə bilərlər. Qeyd olunub ki, daxil olan müraciətlər tam məxfilik şəraitində yalnız səlahiyyətli şəxslər tərəfindən araşdırılacaq.

TƏBİB-in açıqlamasına görə, təşəbbüsün əsas məqsədi təhlükəsiz və sağlam iş mühitinin qorunması, etik münasibətlərin gücləndirilməsi, həmçinin tibb müəssisələrində qarşılıqlı etimada əsaslanan peşəkar mühitin formalaşdırılmasıdır. Müraciət edən şəxslərdən hadisənin nə vaxt və hansı şəraitdə baş verdiyini, müşahidə olunan pozuntuları, əlaqədar şəxsləri və digər vacib detalları mümkün qədər dəqiq göstərmələri xahiş olunur. Bildirilir ki, təqdim olunan məlumatların ətraflı olması müraciətlərin operativ və obyektiv araşdırılmasına imkan verəcək.

TƏBİB eyni zamanda, xəbərdarlıq edib ki, böhtan xarakterli, qərəzli və ya əsassız məlumatların təqdim edilməsi qanunvericiliyə uyğun məsuliyyət yarada bilər.



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap