Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“4 ərəb ölkəsi Türkiyə qarşı hörmətsizlik etdi” - Ərdoğan

Tarix 25.06.17, 20:59

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirin Qətərlə münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü 13 şərtə münasibət bildirib

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu şərtləri qəbul etməyi rədd edən Qətərin mövqeyini dəstəkləyən R. T. Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, ərəb ölkələrinin tələbləri beynəlxalq hüquqa ziddir, dövlətin suveren hüquqlarına müdaxilə cəhdidir.

Türkiyə prezidenti Qətərdən bu ölkə ərazisindəki Türkiyə hərbi bazasının bağlanması barədə şərtinin Türkiyəyə qarşı hörmətsizlik kimi dəyərləndirib. R. T. Ərdoğan şəxsən Səudiyyə Ərəbistanı kralı ilə görüşdə bu ölkənin ərazisində də Türkiyə hərbi bazasının qurulmasını təklif etdiklərini, bu təklifə hələ cavab verilmədiyini də xatırladıb: "Hələ də Səudiyyə Ərəbistanı bu təklifimizə cavab verməyib. Belə olan halda Qətərdən Türkiyə hərbi bazasının bağlanmasını tələb etmək Türkiyəyə qarşı da hörmətsizlikdir. Biz hər hansı ölkə ilə hərbi sahədə əməkdaşlıq edərkən kimdənsə icazəmi almalıyıq?! Türkiyə sıradan bir dövlət deyil".

Qeyd edək ki, Qətərlə diplomatik əlaqələri kəsən, sərhədlərini bağlayan Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir münasibətlərin bərpası üçün rəsmi Doha qarşısında 13 şərt irəli sürüblər. Bu şərtlər sırasında İranla münasibətlərin aşağı səviyyəyə endirilməsi, Əl-Cəzirə telekanalının bağlanması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması və Türkiyənin bu ölkə ərazisindəki hərbi bazasının bağlanması da var. Eyni zamanda Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərdən pul kompensasiyası da tələb edir. Bu tələblər Küveyt vasitəsi ilə Qətərə çatdırılıb. Qətər isə bu şərtlərin qəbuledilməz sayıb. Rəsmi Doha bəyan edib ki, bu şərtlərin heç biri terrorizmlə mübarizə ilə əlaqədar deyil, ölkənin suverenliyini məhdudlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə münasibətlərə son qoyduqlarını bəyan etmişdilər. 



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap