![]() |
|














“”28 May” metrosunun qarşısında Dağlıq Qarabağ verilmir” – Siyavuş Novruzov
Tarix 31.10.19, 16:44 |
|

“Azərbaycanda qanunsuz aksiyaları keçirməkdə əsas məqsəd ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmaq, aparılan sosial-iqtisadi islahatlara maneçilik törətməkdir”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən Ermənistanın işğalçılıq siyasətinin növbəti dəfə ifşa edilməsi, ölkədə sabitliyin, əmin-amanlığın olması müxalifəti, o cümlədən Ermənistanı və onlara havadarlıq edən dövlətləri narahat edir: “Onlar da bunları qızışdırıb ortaya salmaqla Azərbaycanın müsbət imici üzərinə kölgə salmaq istəyirlər. Paralelliyə baxın, ABŞ Konqresinin Nümayəndələr Palatasında eyni zamanda “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul olundu. Yəni, bunların hamısı bir mərkəzdən idarə olunur və həmin mərkəzin tapşırıqlarına xidmət göstərilir. Azərbaycan xalqı bütün bunları gözəl başa düşür və bu separatçılara, millətini satanlara heç bir dəstək verilmir”.
S. Novruzov xatırladıb ki, bir neçə gün öncə Bakıda 120 dövlətin iştirakı ilə Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib: “Qeyd edim ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olundu. Dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 tamhüquqlu üzv dövlət birləşən Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizin növbəti mühüm diplomatik nailiyyətidir. Amma hesab edirəm ki, bir neçə dövlət var ki, Azərbaycana qarşı öz mövqeyini ortaya qoya bilmir. Radikal müxalifət də onların əli ilə bu cür addımlar atır. Hesab edirəm ki, radikal müxalifət bu cür addımları ilə beynəlxalq dəstək qazana bilmir”.
YAP funksioneri qeyd edib ki, Azərbaycan gəncləri də radikal müxalifətin heç bir addımını dəstəkləmir: “Onlar məcburi köçkünlərdən, gənclərdən, son vaxtlar isə qadınlardan istifadə etməyə çalışırlar, 1990-cı illərin təfəkküründən istifadə etməyə cəhd göstərirlər. İstəyirlər ki, qadınları qabağa verərək arxasında gizlənsinlər. Bu, faktiki görünən məsələdir. “28 May” metrosunun qarşısında Dağlıq Qarabağ verilmir. Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda, BMT, ATƏT-də və ya cəbhədə həll olunur”.
Komitə sədri qanunsuz aksiya, mitinq çağırışları ilə ölkədə sabitliyi, təhlükəsizliyi pozmağa çalışan radikal düşərgənin Azərbaycan xalqının adından danışmağa mənəvi və hüquqi haqqının olmadığını deyib: “Onlar Azərbaycan xalqını təmsil etmirlər, sadəcə, Milli Şura adlanan bir dərnəyin təmsilçiləridir. Ora isə digər partiyaların tör-töküntüləri yığışıb. Onlara öz partiyalarında və ya digər partiyalarda yer verməyiblər. İçərisində hətta elələri var ki, 10 partiya dəyişib. Onlar özlərindən başqa heç kəsi təmsil etmirlər. Hesab edirəm ki, onların xalqın adından danışmağa heç bir hüququ yoxdur”.
S. Novruzov bildirib ki, ölkədə gedən genişmiqyaslı kadr, sosial-iqtisadi və s. islahatlar fonunda müxalif qüvvələrin islahat tələbləri ilə ardıcıl icazəsiz aksiyalar keçirməsi məntiqsizlikdir: “Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ən stabil ölkələrindən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən il seçkilərdə qələbə qazandıqdan sonra ilk olaraq şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərman imzaladı. Bu ilin əvvəlində isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi genişləndirilib. Həmçinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib qərarlar verilib. Şəhid ailələri üçün verilən Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid olan insanların mənzillərlə və avtomobillərlə təminatı daha da yaxşılaşdırılıb, eləcə də qaçqın və məcburi köçkünlər üçün aylıq sosial müavinət artırılıb, yeni şəhərciklər, fərdi evlər inşa edilərək istifadəyə verilib. Bütün bunlarla yanaşı, bu il ərzində minimum pensiya və əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının verdiyi qərar və s. addımlar da bir daha təsdiqləyir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu gün ölkəmizdə kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlər var. Yeni iş yerləri, sənaye müəssisələri açılır. Bu gün Azərbaycanda hərtərəfli inkişaf var. Təbii ki, bu da bizi istəməyən qüvvələri narahat edir. Bu baxımdan da onlar indiyə qədər hansı məsələləri qaldırıb, bəlli deyil. Azərbaycan dövlətinin proqramı var və bütün işlər ona əsasən həyata keçirilir”.
YAP funksioneri qeyd edib ki, müxalifət siyasi həyatdan kam kənardır: “Siyasi partiyaların əsas vəzifəsi seçkilərdə iştirak etmək, kadrların hazırlanması, alternativ layihələrin təqdim olunmasıdır. Bu gün onlar iqtisadiyyata, siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair bir layihə hazırlayıb ortaya qoyublarmı? Xeyr. Onların əsaslandırılmamış sözdən başqa heç nəyi yoxdur. Ortaya heç nə qoya bilmirlər. Artıq sürücülərini, cangüdənlərini partiyanın rəhbər strukturlarına seçirlər ki, bunları dəstəkləsinlər. Çünki hamı bunlara görə partiyanın sıralarını tərk edib. Bu il ölkəmizdə bələdiyyə seçkiləri də keçiriləcək. Onların heç biri bu seçkilərdə iştirak etməyəcək. Çünki onların namizədləri və elektoratları yoxdur. hamısı artıq tarixin qaranlıq arxivindədirlər. Hesab edirəm ki, Azərbaycanda yeni müxalifətə ehtiyac var. Ölkədə olan müxalifət partiyalarında da islahatlar olmalıdır”.
Xəbərin oxunma sayı : 628
Siyasət
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV