Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Üç ilə 100 milyard dollar milli gəlir yaratmaq olar” – Amma idarəetmədəki problemlərin həlli vacib şərtdir... (Təhlil)

Tarix 28.11.18, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


“Hökumət müzakirəyə çıxardığı vergi islahatlarının büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıracağına çox inanır. Hə halda gələn il bu zamanlar real nəticələri praktik olaraq görmək mümkün olacaq”

Strateq.az xəbər verir ki, bu fikirləri büdcə məsələləri üzrə ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyri-leqal məşğulluğun və kölgə iqtisadiyyatının məhdudlaşacağına ümid edildiyinə diqqət çəıkir:

“Amma cəmiyyətin də bunu bəri başdan nikbin qarşılaması üçün arqumentlər, faktlar əsasında təqdim edilməlidir. Məsələn, hazırda kölgə iqtisadiyyatının real miqyası nə qədərdir və hökumət bununla bağlı real hesablamalara malikdirmi? “Statkom”-a inansaq, bizdə gizli iqtisadiyyat hesaba alınmayacaq qədər kiçikdir (7-8%).
Yaxud, qeyri-rəsmi məşğulluğun real miqyası nə qədərdir?
Heç şübhəsiz, kölgə iqtisadiyyatının real miqyası “Statkom”-un açıqladığı rəqəmdən xeyli böyükdür. Amma iqtisadiyyatın hazırkı imkanlarının hökumətin inandığı qədər də böyük olmasına inanmaq çətindir.
Söhbət real potensialdan getmir. Məsələn, bizim real potensialımız yaxın 3 ildə 100 mlrd. dollar milli gəlir yaratmağa imkan verə bilər (hazırda 35 mlrd. dollardan da azdır). Amma mövcud idarəetmənin yaratdığı imkanlar şəraitində bizin milli gəlir, tutaq ki, gizli iqtisadiyyat nəzərə alınmaqla 50 mlrd. dolları ötmür“.
Ekspert qeyd edir ki, bizim qərarvericilər iqtisadiyyatı, iqtisadi prosesləri idarəetmədən, xüsusən siyasi idarəçilikdən kənarda tutmaları problem yaradır: “Məsələn, hazırkı regional idarəetmə bölgə iqtisadiyyatını indikindən artıq inkişaf etdirmək üçün real əngəldir. Bu əngəl aşılmasa, heç bir stimullaşdırma tədbiri (ixrac üçün 3%-lik təşviq, investisiya təşviqi sənədi, vergi güzəştləri –hər nə olursa, olsun) vəziyyəti yaxşılığa doğru dəyişməyəcək. Baxın, 2004-ci ildən 14 il keçir: bu qədər proqramların icrasndan, vergi güzəştlərindən, nəhəng investisiyalardan sonra Bakıdan kənar bütün bölgələrin ölkənin ümumi ixracında, büdcənin gəlirlərində, milli gəlirdə payı necə dəyişib? Yenə bütün bu göstəricilərdə 95-96%-lə Bakı lider, 4-5%-lə bölgələr autsayderdir”.
R.Ağayevin sözlərinə görə, idarəetmənin forma və xarakteri iqtisadi islahatlar üçün təməl şərtdir: “Sərt mərkəzləşmədən əksmərkəzəşməyə keçid islahatlarına nəhayət ki, başladılmalıdı. Bu günlərdə kimsə yazmışdı ki, şəhərin təyinatlı icra başçısı ilə seçkili şəxs tərəfindən idarə olunması arasında nə fərq var ki? Bu fərqi bilmək üçün yerli idarəetmə və yerli özünüidarə haqda çoxlu bilgiyə malik olmaq, regional inkişafda böyük uğurlara imza atmış ölkələrin təcrübəsinə baxmaq lazmdır. Bu gün dünyada yüksək rifaha, sahibkar azadlığına, balanslı bölgə inkişafına birlikdə nail olmuş bircə ölkə tapmaq mümükün deyil ki, indi orda əksmərkəzləşmə islahatlara baş verməsin, siyasi idarəçilikdə və iqtisasi sistemdə islahatlar paralel getməsin”.



Xəbərin oxunma sayı : 265




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap