Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İŞİD lideri ağır yaralanıb- İraq Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində

Tarix 14.08.18, 1:30

Font ölçüsü : - / +
bitmap-img6


İŞİD qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi İraq Hərbi Hava Qüvvələrinin Suriyada keçirdiyi əməliyyat nəticəsində ağır yaralanıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq kəşfiyyatında olan mənbə bildirib. Onun sözlərinə görə, əl-Bağdadi qruplaşmanın qərargahında olan zaman İraq aviasiyasının zərbəsinə məruz qalıb. Reydin iyun ayında keçirildiyi bildirilsə də, məkan göstərilməyib. Məlumatda qeyd olunur ki, silahlıların bir hissəsi onun yerinə Əbu Osman ət-Tunisinin namizədliyini irəli sürüb ki, bu da qruplaşmanın sıralarında parçalanmaya səbəb olub.

Xatırladaq ki, əl-Bağdadi son dəfə 2014-cü ildə İraqın Mosul şəhərində cümə xütbəsi zamanı kütlə qarşısında çıxış etmiş və Yaxın Şərqdə “xilafətin” yaradıldığını elan etmişdi. Ötən il sentyabr ayının sonlarında isə İŞİD silahlıları arasında onun səs yazısı yayılmışdı.

ABŞ əl-Bağdadinin ələ keçirilməsinə və ya öldürülməsinə yardım edəcək hər hansı informasiyaya görə 25 milyon dollar mükafat təyin edib.




Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap