Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

““Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılıb” – Dövlət Agentliyi

Tarix 29.03.20, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər.

Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcək.

Distant işə keçməklə “Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcək. Əgər xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir. 

“1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.

Suallarla əlaqədar [email protected] ünvanına müraciət etmək mümkündür.  /APA



Xəbərin oxunma sayı : 397

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda