Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bu gün Qarabağ mitinqidir – “Burada müxalifət və iqtidar yoxdur, hamı qoşulmalıdır””

Tarix 29.09.18, 9:30

Font ölçüsü : - / +
bitmap-img6

Milli Məclis üzvləri olan partiya sədrlərindən və YAP-ın məşhur deputatından xalqa “mitinqə gəlin” çağırışı: “Hamı mitinqə qoşulmalıdır”

Bu gün saat 15.00-dan, 17.00-dək Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Qarabağ mitinqi keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçiriləcək mitinqin təşkilatçısı ictimai, siyasi xadimlərin yaratdığı Qarabağ Komitəsidir. Mitinqdə Qarabağa azadlıq şüarları səslənəcək.

Mitinqin təşkilat komitəsinin üzvü, AG Partiyanın sədri Tural Abbaslı sentyabrın 28-də “Yeni Müsavat”a bildirib ki, hazırlıqlar demək olar yekunlaşıb: “Bütün təşkilati-texniki məsələlər yekunlaşıb. Təbliğat işi də yüksək səviyyədə gedir. İctimaiyyətin dəstəyi də kifayət qədər yüksəkdir. Ümid edirəm ki, bu mitinqimiz Qarabağın adına layiq şəkildə ən yüksək səviyyədə keçəcək və dünya bir daha Azərbaycan xalqının Qarabağ iradəsinin şahidi olacaq”.

Sentyabrın 28-də mitinq komitəsinin üzvləri Akif Nağı və Tural Abbaslı BŞBPİ-yə dəvət ediliblər. Günün birinci yarısı onlar BŞBPİ-də olublar. Tural Abbaslının “Yeni Müsavat”a verdiyi xəbərə görə, onları BŞBPİ-nin rəis müavini, general Səhlab Bağırov, Bakı şəhər Prokurorluğundan nümayəndə və İctimai təhlükəsizlik şöbəsinin rəisi qəbul edib. Görüşdə mitinqlə bağlı prosedur xəbərdarlıq edilib ki, şüarlardan kənara çıxılmasın, qanuna zidd hərəkətlərə yol verilməsin: “Biz də öz fikirlərimizi dedik və bir neçə dəqiqəlik görüş oldu”.

Səhlab Bağırov ile ilgili görsel sonucu

BŞBPİ-nin rəis müavini Səhlab Bağırov isə Report-a açıqlamasında bildirib ki, mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib. General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər. Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir. Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qarabağ mitinqinə Qarabağ Komitəsində təmsil olunmayan siyasətçilərdən, deputatlardan da dəstək verilir.

Qüdrət Həsənquliyev ile ilgili görsel sonucu

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də həm mitinq təşəbbüsünə, həm də mitinqə icazə verilməsinə müsbət yanaşdığını bildirib: “Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtının çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız kənar seyrçi mövqe tutsa, bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.

Eldar İbrahimov ile ilgili görsel sonucu

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov da Qarabağ mitinqini dəstəkləyən açıqlama verib. Modern.az-a açıqlamasında YAP deputatı bəyan edib ki, mitinq Qarabağla bağlı olduğundan orada hər bir kəs iştirak etməlidir: “Bu mitinq Azərbaycan millətinin mitinqidir. Burada iqtidar, müxalifət adı olmamalıdır. Qarabağ problemi bütün Azərbaycanın dərdidir. Burada müxalifət və iqtidar yoxdur. Ona görə də hesab edirəm ki, mitinqə hamı qoşulmalıdır. Amma mitinq də mitinq səviyyəsində olmalıdır. Mitinq Bakı şəhər İcra Hakimiyyətinin icazəsinə hörmət əlaməti olaraq qaydalara uyğun keçirilməlidir”.

E.İbrahimov deyib ki, sentyabrın 29-da keçiriləcək Qarabağ  mitinqi elə bir aksiya olmalıdır ki, onu ümumxalq mitinqi adlandıra bilək: “Çünki biz Qarabağla bağlı mitinq keçiririk və düşmən də bizə kənardan baxıb gülməsin ki, bu nə mitinqi filan…”

Ä°lgili resim

Mitinq komitəsinin üzvü Tural Abbaslı isə YAP-çı deputat Eldar İbrahimovun ortaya qoyduğu vətəndaşlıq mövqeyini alqışladığını bildirib: “Eldar İbrahimov da haqlı deyir ki, Qarabağ ümummilli bir məsələdir və bu məsələdə iqtidar-müxalifət olmamalıdır. Bu mitinqdə siyasi kimliyindən asılı olmayaraq hər kəs iştirak etməlidir. Heç kim unutmamalıdır ki, bu mitinqə düşmən ölkədə də kifayət qədər diqqət ayrılıb və onlar da bu mitinqdən bəzi nəticələr çıxaracaq. Ən azından Ermənistanın baş naziri Paşinyanın son zamanlar sərsəmləmələrinin cavabı bu mitinqdə verilməlidir. O da anlamalıdır ki, Azərbaycan xalqı öz torpaqlarını silah gücünə azad etməyə və bu yolda qan tökməyə, hətta qanını axıtmağa hazırdır”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli də Qarabağ mitinqinə siyasi mövqeyindən asılı olmayaraq hər kəsin qatılmasının vacibliyini bildirdi: “Qarabağla bağlı mitinq həm daxildə, ölkə xaricində yaxşı təşkil olunsa dünyaya, işğalçı Ermənistana bir mesaj olar. Azərbaycan xalqının Qarabağ münaqişəsinin bu qədər uzanmasına etirazı, öz torpaqlarını işğaldan azad eləmək iradəsinin ifadəsi, mövcud status-kvo ilə barışmadığı və sair məsələlər bu mitinqdə öz əksini tapmalıdır. Bunun üçün də mitinqə hər kəs qoşulmalıdır. Bu mitinqin çox böyük bir mitinq olması hakimiyyətin də Qarabağ danışıqlarında xeyrinə çevrilən faktor olar. Dünyaya nümayiş edilər ki, Azərbaycan xalqı Qarabağın işğalda qalması ilə heç zaman barışmayacaq. Qarabağ mitinqi çox ciddi təşkil olunmalıdır. Yəni mitinq ”quş qoymaq” xatirinə keçirilən mitinq olmalı deyil.

Tahir Kərimli ile ilgili görsel sonucu

Qarabağ mitinqinin yaxşı təşkil olunmaması işə xeyir vermək əvəzinə, zərər vura bilər. Bəzi partiyalar, bəzi partiyaların rəhbərləri qorxurlar ki, bu mitinq onların arzuladığı səviyyədə alınmaz, ona görə də partiya şəklində iştirakdan çəkinirlər, məsuliyyəti bölmək istəmirlər. Amma hər kəs dərk eləməlidir ki, təşkilatçının kimliyindən asılı olmayaraq Qarabağ mitinqinə qatılmaq milli maraqlarımız baxımından lazımdır. Qarabağ mitinqi iqtidar-müxalifət mübarizəsinin mövzusu deyil. Qarabağ mitinqində siyasi mövqeyindən asılı olmayaraq hər kəs iştirak etməlidir. Hamını Qarabağ mitinqində iştiraka çağırıram. Ən azından düşmən bizim Qarabağ məsələsində bir yerdə olduğumuzu görməlidir. Mitinqin qətnaməsi də çox ciddi hazırlanmalıdır”.

Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, Müsavat Partiyasının Divan toplantısında mitinqdə iştirak məsələsində partiya üzvlərinə sərbəstlik verilməsi, partiya şəklində isə mitinqdə iştirak etməmək qərarı verilib.

qubad-ibadoqlu77-768x512

Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratik Rifah Hərəkatı isə mitinqə qatılacaq. Təşkilatın sədr müavini Ellada Məmmədli bildirib ki, Qarabağın adı harada varsa, onlar orada olacaqlar(musavat.com).




Xəbərin oxunma sayı : 235




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap