Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib - FOTO

Tarix 25.09.21, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


25 sentyabr 2021-ci il tarixində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib. "Report" xəbər verir ki, layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub.

Şuşa qalasının qarşısında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, şəhidimiz Şəhriyar Quliyevin valideynləri, şəhidlərimizin övladları iştirak ediblər.

Qonaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıblar. Onlar bu qələbənin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıblar.

Sonra iştirakçılar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhərağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər.




Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap