Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar “Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO
Axtar
 
  • / Maqazin / — 02 Sentyabr 2019

    Dekoltesi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

“Çelsi” azarkeşləri ikiqat ucuz qiymətə Bakıya gəlirlər

Tarix 24.05.19, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərənin "Çelsi” klubunun iki azarkeşi UEFA Avropa Liqasının final oyunu üçün ikiqat ucuz marşrutla Bakıya yollanıblar

AzFakt.com "Sportsmail”ə istinadən xəbər verir ki, Kevin Kobb və onun oğlu Ceyk Ralf Londonda "Thomas Cook Sport” şirkətinin hər bir şəxs üçün bilet qiymətinin daxil olmadığı 979 funt sterlinqlik səfər paketdən imtina edərək, özləri sərbəst şəkildə Azərbaycana üz tutublar.

Onlar Bakıya çatmaq üşün iki təyyarə, iki qatar və bir dəfə taksidən istifadə etməklə, təxminən, 5500 km məsafəni qət edəcəklər. Ata və oğul mayın 21-də Londondan İstanbula uçublar. Orada bir gün keçirəndən sonra yenidən təyyara ilə Ankaraya gediblər. Oradan isə qatarla Qarsa yollanıblar. Qarsdan isə Tbilisiyə gəliblər. "Çelsi” fanatları Gürcüstanın paytaxtından qatarla yola düşməyi və mayın 27-də Bakıda olmağı planlaşdırırlar.

Ceyk Ralf səfərlə bağlı təəssüratlarını bölüşərkən, "Çelsi”nin onları pis vəziyyətdə qoyduğunu söyləyib. O, Bakıya səfər üçün hərəyə, təxminən, 500 funt sterlinq xərclədiklərini deyib: "Bakıya birbaşa gediş-dönüş bileti real qiymətdən bahadır. Həm də biz unudulmaz səyahət etmək istəyirdik. Belə şeylər bir dəfə olur və ömürlük yadda qalır. "Thomas Cook Sport” şirkətinin təklif etdiyi paketlərin qiymətinin 1000 funt sterlinq civarında olması üzücüdür. Axı, hələ mayda növbəti mövsüm üçün abunə biletinin müddətini uzatmaq lazımdır. Klub bizi pis vəziyyətdə qoydu. Onlar sadəcə bu səfərlərdə pul qazanırlar. Belə vəziyyətdə ideyamız yarandı. Biz yaxşıca qənaət etdik. Hər birimiz səfər üçün təxminən 500 funt sterlinq xərcləyəcəyik. Bəziləri bizi dəli hesab etdilər, amma belə oyunlar həyatda bir dəfə olur. Bu, mənim mövümdəki 53-cü, ümumilikdə isə 677-ci oyunum olacaq. Deyəsən, atamda ikiqat çoxdur”.

Qeyd edək ki, "Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi "Arsenal” ilə qarşılaşacaq.



Xəbərin oxunma sayı : 187

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda