Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Çelsi“ və “Arsenal“a 6 min yox, 10 min bilet ayrılır - Elxan Məmmədov

Tarix 18.05.19, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Avropa Liqasının finalında oynayacaq "Çelsi" və "Arsenal" klublarının hər birinə 10 min bilet ayıra bilər.

Qol.az-ın məlumatına görə, bu barədə "Daily Mail"ə AFFA-nın baş katibi  Elxan Məmmədov məlumat verib. O bildirib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edəyi təqdirdə, bu gerçəkləşə bilər.

Elxan Məmmədov komandaların azarkeşlərini [email protected][email protected]. ünvanından  bilet almağa dəvət edib: “UEFA-nın qərarı ondan ibarətdir ki, əgər klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir. UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Klublar çarter reyslərinin cədvəlini verən kimi, UEFA   hər finalçıya əlavə 4 min bilet verə bilər. Klublar bu haqda bilir. Mənə qəribə gəlir ki, çarter reysləri niyə  hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla birbaşa əlaqə saxlayır və onlar üçün  bilet ehtiyatı tutur. Bəli, biz daha çox reys təşkil edə bilərdik, amma finalçılar mayın 9-da məlum oldu. Bu, qısa bir zamandır. Adətən belə vəziyyətlərdə klublar özləri turagentlərlə müstəqil işləyirlər. Amma onlar  bunu etməyiblər”.

Elxan Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bileti Bakıda offlayn rejimdə alıblar: “Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar. Bu, yeni imkanlar deməkdir.Azərbaycan futbol üçün ən yeni imkanlardan biridir. Biz və başqa qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya müsbət təsir göstərə bilər”.

Qeyd edək ki, UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına klub etiraz etmişdi.



Xəbərin oxunma sayı : 220




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap