Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şəmkirdəki “məktəb qalmaqalı” ilə bağlı yeni TƏFƏRRÜATLAR...

Tarix 12.01.17, 22:27

Font ölçüsü : - / +
bitmap-img6


Xatirə Əliyeva: “Heç bir qadına o cür ittihamlar yazıla bilməz” 

Şəmkir kənd məktəbindəki qalmaqala görə direktor vəzifəsindən uzaqlaşdırıla bilər. Bu barədə Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə rəsmisi Kənan İbrahimov modern.az saytına verdiyi açıqlamasında bildirib. 

Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyindən nümayəndə təyin olunub və araşdırma aparılır, nəticələr günün ikinci yarısında elan olunacaq: “Əgər direktor barədə səslənən faktlar sübuta yetirilərsə, həmin direktor yüz faiz işdən uzaqlaşdırılacaq”.

K.İbrahimov deyib ki, direktorun məsuliyyətə cəlb olunması da istisna edilmir: “Cinayət məsuliyyətinə cəlb olunmasına isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq qərar verə bilər. Amma Təhsil Şöbəsi olaraq bizim üzərimizə düşən odur ki, faktlar sübut olunsa, həmin direktor məktəbdən, təhsildən uzaqlaşdırılsın. Çünki istənilən halda bu, təhsilin adına ləkədir. Təhsil Nazirliyi olaraq vəzifəmiz təhsildə şəffaflığı təmin etməkdir”.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı adı qalmaqalda hallanan M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov ilə əlaqə saxlamağa çalışıb. Lakin direktor əməkdaşımızın çoxsaylı zənglərini cavabsız qoyub.

Məktəbdən çıxarılan laborant Xatirə Əliyeva isə musavat.com-a açıqlamasında barəsində səslənən ağır ittihamlara görə məhkəməyə müraciət edəcəyini bildirib: “Heç bir qadına o cür ittihamlar yazıla bilməz. Birincisi gedib öz ailəsinə baxmalıdır. Onun özünün tərbiyədən nə başı çıxır ki, məni də fikirləşə... Məlumdur ki, onu oğlu, qızları, arvadı haradadır. Onları görüb məni belə ittiham etmək ona adi gəlir. Amma mən ona mətbuatda deyil, məhkəmədə cavab verəcəm”.

Qeyd edək ki, Xatirə Əliyevanın həyat yoldaşı Elgün Hüseynov adıçəkilən məktəbdə baş verən rüşvətxorluq və xanımının qərəzli şəkildə işdən çıxarılması ilə bağlı ölkə prezidentinə, Təhsil Nazirliyinə, Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə müraciət ünvanlayıb. 

Xatırladaq ki, məktəbdə laborant işləmiş Xatirə Əliyeva musavat.com-a açıqlamasında təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor ondan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və buna görə işdən çıxarıldığını bildirib.




Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap