Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Əgər o deyirsə ki, evimi yağmalayacaq, ...“ - Deputatdan “Piter Elçin”in hədəsinə reaksiya

Tarix 26.12.16, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada çalışan azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərin geniş etiraza səbəb olmasına və "Piter Elçin” ləqəbi ilə tanınan kriminal avtoritet Elçin İsmayılovun onu hədələməsinə münasibət bildirib.

A.Şahverdiyev xalqı təhqir etmədiyini söyləyib:

"Mən müsahibəmdə Azərbaycan xalqını təhqir edən heç bir ifadə işlətməmişəm. Sadəcə olaraq, mən Rusiyada Vətəni, dövləti düşünməyən, əksinə, ancaq pul düşünən müəyyən adamlarla bağlı fikir söyləmişəm. Bunu da danmaq olmaz.

Çox təəssüf edirəm ki, müsahibəmi düzgün başa düşməyiblər. Baş verən hadisəni araşdırmaq üçün qəsəbəyə getmişdim. Həmin vaxtı çox əsəbi idim və mənə qəfil bu cür suallar verildi. Ancaq "Azadlıq” radiosu da məsələni şişirdərək, təqdim edib”.

Deputat "Piter Elçin” deyilən adamın hədələrindən qətiyyən çəkinmədiyini də söyləyib:

"Əgər o deyirsə ki, evimi yağmalayacaq və sairə, bunu edə bilər. Ondan nə desən çıxar! Ancaq mən heç kəsdən qorxub-çəkinmirəm, heç yerə də müraciət etməmişəm. "Piter Elçin” deyilən adamın təhdidlərindən qorxmuram. Bununla bağlı heç bir təhlükəsizlik tədbiri də görən deyiləm. O, mənə nə edəcək? Məgər mən onu təhqir etmişəm? Mənim fikirlərim Rusiyada yaşayan bütün azərbaycanlılara aid deyil. Əgər "Piter Elçin” özünü cəmiyyətin "adxod”u hesab edirsə, buyurub məni hədələsin!”.(Publika.az) 



Xəbərin oxunma sayı : 205




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap