Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Əhalinin problemli kreditlərinin həlli üçün 5 milyard manat lazımdır” – Ekspert şərhi

Tarix 25.05.18, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


“Problemli kreditlərin həcmi ilə bağlı açıqlanan rəqəm reallığı əks etdirmir”.

Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli  “Yeni Müsavat” qəzetinə açıqlamasında problemi şərh edərkən deyib. Ekspertin sözlərinə görə, əslində onun həlli istiqamətində birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalıydı: “Lakin nədənsə bu addımlar atılmadı. İkinci devalvasiya isə problemi qat-qat ağırlaşdırdı. Həm banklar, həm vətəndaşlar çətin duruma düşdülər. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşunda payı 16 faizə çatır”.

N.Cəfərli deyib ki, beynəlxalq agentliklərin hesablamalarına görə, bu rəqəm 30 faizdən yuxarıdır. Ekspert vurğulayıb ki, bütün dünyada problemli kreditlərin həcmi 3 faizi keçən kimi həyəcan təbili çalınır: “Görünən də budur ki, nə banklar bu məsələni təkbaşına həll edə, nə də vətəndaşlar kreditləri qaytara biləcəklər. Məhkəmələrə kredit işinə görə edilən müraciətlərin sayı isə gündən-günə artır. Amma bu, məhkəmə yolu ilə də həll olunası məsələ deyil”.

N.Cəfərli vurğulayıb ki, burada əsas məsələ problemin həllindən ötrü zəruri olan maliyyə qaynaqlarının tapılmasıdır. Ekspert deyib ki, problemli kreditlər məsələsinin kökündən həll olunmasından ötrü təxminən 5 milyard manat vəsaitə ehtiyac var. Onun fikrincə, bundan ötrü mənbə dövlət büdcəsi və ya Neft Fondu ola bilər: “Birinci devalvasiyadan sonra problemi 1.2-1.3 milyard manatla həll etmək olardısa, indi bu məbləğ 5 milyarda çatıb. Bir qədər də keçsə, məbləğ daha da yüksələcək”.



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap