Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Çin hücum edəcək, hazırıq“ - Nazir tarixi açıqladı

Tarix 31.05.25, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin müdafiə naziri Pit Heqset Çinin 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazır vəziyyətə gəlmək üçün hərbi hazırlıq apardığını bildirib. 

Sinqapurda keçirilən Şanqri-La Dialoqu təhlükəsizlik sammitində çıxış edən Heqset Çin ordusunun bu məqsədlə hər gün təlim keçdiyini deyib.

Nazir qeyd edib ki, əgər Çin Tayvana qarşı güc tətbiq edərsə, bu yalnız regionda deyil, bütün dünyada dağıdıcı nəticələrə səbəb ola bilər. Heqset Çin təhlükəsini "real və yaxın" adlandıraraq bildirib: “Açıq deyim, Çin bunu gerçəkdən edə bilər. Ümid edirik ki, etməz, amma buna tam hazırdır”.

ABŞ-nin Çinlə münaqişə istəmədiyini bildirən Heqset əlavə edib: “Biz münaqişə axtarmırıq, lakin geri çəkilməyəcəyik. Müttəfiqlərimizin qorxudulmasına da göz yummarıq. Baş komandanın əmri ilə ABŞ ordusu döyüşməyə və qalib gəlməyə hazırdır”.

Nazir ABŞ-nin Asiya-Sakit okean bölgəsindən geri çəkilməyəcəyini və müttəfiqləri ilə çiyin-çiyinə duracağını bəyan edib: “Amerikan xalqının təhlükəsizliyi, Asiyadakı müttəfiqlərimizin təhlükəsizliyinə bağlıdır. Biz sülh istəyirik, amma lazım olsa, savaşa da hazırıq”.

Heqset ABŞ-nin bölgədəki hərbi mövcudluğunun ideoloji yox, qarşılıqlı maraq və suverenliyə hörmət prinsipləri üzərində qurulduğunu vurğulayıb: “Biz burda mədəniyyət dərsi keçmək və ya iradə dayatmaq üçün deyilik”.

Nazir sonda region ölkələrinə çağırış edərək bildirib: “Zamanımız gəldi. Qarşı-qarşıya olduğumuz təhlükələr gözləməyəcək”. 



Xəbərin oxunma sayı : 811




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap