Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Avropanın Ukraynaya silah məhdudiyyətlərini aradan qaldırması eskalasiyadır“ - Kreml

Tarix 27.05.25, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


Kreml Avropa ölkələrinin Ukraynaya tədarük edilən silahların çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırmasını eskalasiya adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Avropa ölkələrinin bu qərarı eskalasiyadır.

“Dünən Mertz məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarın verildiyini açıqladı. Dünən nazirlər kabinetinin üzvlərindən biri bunu təkzib etdi. Bu gün ya da dünən axşam gec saatlarda Mertz təkid etdi ki, belə bir qərar bir neçə ay əvvəl verilib. Bu və ya digər şəkildə, əgər bu doğrudursa, bu, eskalasiyadır və əldə edilmiş sülh yolu ilə nizamlanma cəhdlərinə ən ciddi ziddiyyət təşkil edən ciddi eskalasiyadır”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, mayın 26-da Almaniya kansleri Fridrix Mertz Almaniya, Böyük Britaniya, Fransa və ABŞ-ın Ukraynaya tədarük edilən silahların çeşidinə qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını açıqlayıb. Daha sonra vitse-kansler Lars Klinqbeyl bildirib ki, Ukraynanın ala biləcəyi alman silahlarının çeşidi ilə bağlı Almaniyanın siyasəti dəyişməz qalıb.



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap