Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq

Tarix 28.05.25, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda kənd təsərrüfatında innovativ yanaşmalar genişlənir. Ölkədə əvvəllər rast gəlinməyən qaragilə, dekapon, kinkan, quayava, payız zeytunu kimi meyvə və giləmeyvələr artıq becərilir. Onların bir çoxu sağlamlıq üçün faydalı olmaqla yanaşı, yüksək ixrac potensialına da malikdir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, 2025-ci ildən etibarən ilk dəfə intensiv mavigilə (qaragilə) bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında hər hektar əkin sahəsinə 15 min manat birdəfəlik subsidiya ayrılacaq. Şərtlərə əsasən, hər hektarda azı 3.400 ting əkilməli, sahə damcı suvarma sistemi ilə təchiz olunmalıdır.

Eyni zamanda, Lənkəran və Astara rayonlarında dekapon və kinkan kimi sitrus meyvələrinin becərilməsi genişlənir. Masallıda berqamot, Balakəndə isə yapon iydəsi kimi ekzotik növlər yetişdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində quayava meyvəsinin yerli şəraitə uyğunlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub. Yeni iqlimə davamlı pomidor və lavanda sortları da fermerlərin marağına səbəb olub.

Kənd təsərrüfatında məhsul çeşidlərinin artırılması və ixracyönümlü meyvələrin yetişdirilməsi, regionlarda sahibkarlığın və məşğulluğun inkişafına təkan verir.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap