Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“Azər-Türk Bank“ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Tarix 29.05.25, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


"Azər-Türk Bank”ın rəhbərliyi 2024-cü ildə 1 milyon 449 min manat gəlir əldə edib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu, 2023-ci ilə nisbətən 42,3% və ya 431 min manat çoxdur. Belə ki, 2023-cü ildə bankın rəhbərliyinin gəlirləri 1 milyon 18 min manat təşkil edib.

Bank rəhbərliyinə ödəmələr ümumilikdə işçi heyətinə ödənişlərin 4,9%-ni təşkil edib.
 
Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasına daxil olan şəxslərin sosial ödəmələri və əməkhaqları daxildir. Belə ki, sözügedən gəlirlərin 261 min manatı sosial ödəmələrə yönəldilib. Bu, 2023-cü ilə nisbətən 30,5% çoxdur.

Ödənişlərin 1 milyon 188 min manatını isə əməkhaqları təşkil edib. Son bir ildə ATB rəhbərliyinin əməkhaqları 45,2% artıb. Belə ki, 2023-cü ildə bank rəhbərliyi ümumilikdə 818 min manat əməkhaqqı ödənilib.

Hazırda bankın rəhbərliyində 8 nəfər təmsil olunur. Bura bankın Müşahidə Şurasının sədri Əlixanov Ruslan, MŞ-nin iki üzvü- Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, İH-nin üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərov daxildir. Bu isə o deməkdir ki, 2024-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 181 min manat təşkil edib. 2023-cü il üzrə bu rəqəm 102,3  min manat təşkil edib.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,4%-i Türkiyənin "Ziraat Bank"ına, 1,1%-i "Ziraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta"ya, 5%-i isə "Qala Həyat Sığorta"ya məxsusdur.



Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap