Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - FOTO

Tarix 30.05.25, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə naziri Fərid Əhmədov mayın 29-u Özbəkistana səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüş keçirib.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hüquqi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri bu münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsində əhəmiyyətli rol oynayır.

Fərid Əhmədov qeyd edib ki, 27-28 may tarixlərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, eyni zamanda işğaldan azad edilmiş Laçında Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşündə iştirakı münasibətlərimizin nə dərəcə möhkəm olmasının bariz nümunəsidir.

Nazir ötən il imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun hüquqi sahədə əməkdaşlığın daha da genişlənməsində yeni perspektivlər açdığını vurğulayıb.

Görüşdə hüquqi əməkdaşlığın gələcək istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Azam Nazir Tarar Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək məqsədilə yaxın aylarda ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.






Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap