![]() |
|














“Eşitdiyimə görə, Polad Həşimov yaxşı insan olub” - Manukyan məhkəmədə
Tarix 29.05.25, 20:49 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 29-da davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə prosesinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş terror cinayətləri və digər cinayətləri əhatə edən, habelə məhkəmə istintaqının iki fəsli üzrə zərərçəkmiş şəxslərin dindirilməsi və həmin epizodlara dair digər sənədlərin tədqiqi yolu ilə davam etdirilməsini təklif edib. Beləliklə, 2016-cı ildə, şərti olaraq "Aprel döyüşləri" adlandırılan dövrdə törədilmiş terror aktları və digər cinayətlər, eyni zamanda, 2020-ci ilin iyul ayında, şərti olaraq "Tovuz döyüşləri" adlandırılan dövrdə həyata keçirilmiş terror aktları və digər cinayətlər üzrə zərərçəkmiş şəxslərin dindirilməsinə başlanılıb.
İfadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: “Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər, o cümlədən zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdi.
"Şrapnel tipli" adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bunlar elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələr dəriyə batmadan, onlara, sadəcə, əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur”.
O, dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib: “Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və “ordu komandiri” olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm”.
Levon Mnatsakanyan hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.
Zərərçəkmiş şəxs Abbas Allahverdiyev ifadəsində bildirib ki, yaşadığı Tapqaraqoyunlu kəndi ermənilər tərəfindən artilleriya qurğularından və digər silahlardan mütəmadi olaraq atəşə tutulub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında o bildirib ki, kəndin atəşə məruz qalan istiqamətində dövlət tərəfindən 2013-cü ildə daş hasar çəkilsə də, Ermənistan ordusunun atəşləri müntəzəm olaraq davam edib. 2016-cı il aprelin 2-nə keçən gecə ermənilər Ağdərə tərəfdən atəşlərə başlayıblar, aprelin 3-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin atdıqları mərmilərdən biri onun evinin həyətinə düşərək partlayıb. Nəticədə, o, sağ gözaltı nahiyəsindən yaralanıb, evinə və təsərrüfatına ciddi ziyan dəyib.
A.Allahverdiyev təqsirləndirilən şəxs David Manukyanın kəndin sərhədləri barədə suallarını da cavablandırıb. D.Manukyan kənddən İncəçayın keçib-keçmədiyini soruşub. A.Allahverdiyev kənddən İncəçayın keçdiyini bildirib.
Zərərçəkmiş şəxs Elvin Kərimov isə deyib ki, Ermənistan silahlı qüvvələri onun yaşadığı Füzuli rayonunun Alxanlı kəndini dəfələrlə ağır artilleriya atəşlərinə tutub. 2016-cı il aprelin 4-də saat 16 radələrində evlərindən həyətə çıxanda qonşusunun həyətinə mərmi düşərək partlayıb və qəlpə onun sağ dizinə dəyib. O, həmin gün xəstəxanaya çatdırılıb.
E.Kərimov Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən diqqətə çatdırıb ki, kənd sakinləri təsərrüfat işləri ilə məşğul olan zaman Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan zərərçəkmiş şəxsə “Ərazidə neçə atəş mövqeyi var idi” sualını verib. E.Kərimov isə sualı “Mən atəş mövqelərini, postlarımızı saymırdım ki, bunu bilim” deməklə cavablandırıb.
Təqsirləndirilən şəxs David Babayan E.Kərimovdan kənddə neçə nəfərin yaşadığını soruşub. Zərərçəkmiş şəxs isə kənd sakinlərini dəqiq sayını bilmədiyini deyib.
Zərərçəkmiş şəxs Anar Abdullayev qeyd edib ki, yaşadığı Ağdam rayonunun Çəmənli kəndi keçmiş təmas xəttinin yaxınlığında yerləşir. Kənd Ermənistan silahlı qüvvələrinin mütəmadi atəşinə məruz qalıb. 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə həyətdə olarkən qonşuluqda yaşayan dayısı Hüseynin həyətinə mərmi düşərək partlayıb. Mərmi qəlpəsinin kürəyinə dəydiyini hiss edib və huşunu itirib, ayılanda xəstəxanada olduğunu görüb. Qonşusunun onu xəstəxanaya öz maşını ilə gətirdiyini sonradan öyrənib.
Zərərçəkmiş şəxs Sirdaş Kərimov deyib ki, yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə növbəti atəşlər başlayıb. Gecə saat 3 radələrində o, qonşularından Famil Mustafayev (zərərçəkmiş şəxsin xalası oğlu), Əli Hüseynov (dayısı), Zahir Rəhimov, Anar Abdullayev və başqaları ilə birlikdə Zahirin evinin təxminən 100 metrliyindəki soğan sahəsində olublar. Həmin yerdən ermənilərin “Qrad” mərmiləri atdıqları görünüb. Saat 4 radələrində mərmilərdən biri onların yanına düşərək partlayıb. Nəticədə Famil Mustafayev hadisə yerində həlak olub, S.Kərimov da daxil olmaqla, digər şəxslər xəsarətlər alıblar. Əli Hüseynov da növbəti gün xəstəxanada vəfat edib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında S.Kərimov söyləyib ki, həmin vaxt rayon Ermənistan silahlı qüvvələrinin intensiv atəşlərinə məruz qalıb.
Təqsirləndirilən şəxs David Manukyan S.Kərimovdan nə zaman yaralanması barədə soruşub. O isə təkrarən 2016-cı il aprelin 27-dən 28-nə keçən gecə yaralandığını deyib. D.Manukyan ondan yaşadığı kəndə 1994-cü ildən 2016-cı ilədək atəş açılıb-açılmadığını soruşub. S.Kərimov kəndin həmin illərdə atəşə tutulduğunu bildirib.
Zərərçəkmiş şəxs Zahir Rəhimov deyib ki, yaşadığı Ağdam rayonunun Çəmənli kəndində 2016-cı il aprelin 28-də gecə o, kənd sakinləri Əli Hüseynov, Famil Mustafayev, Sirdaş Kərimov və Adil Məmmədovla birlikdə olduğu yerin yaxınlığına mərmi düşərək partlayıb. Nəticədə Famil Mustafayev həlak olub, Əli Hüseynov isə ciddi xəsarətlər alıb, sonradan dünyasını dəyişib. Hadisə zamanı o, Sirdaş və Adil isə qəlpə yaraları alıblar. Düşmənin atdığı mərmilərdən biri isə onun evinin divarlarını zədələyib, pəncərələri və tövlənin damını dağıdıb, bununla da ona ziyan vurulub.
Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan söz alıb. O, digər təqsirləndirilən şəxs David Babayanla mayın 26-da keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini bildirib.
Hakim Zeynal Ağayev erməni dilində tərcüməçinin iştirakı ilə məhkəmə iclas protokolları ilə tanış olmaq üçün şərait yaradılacağını bildirib.
Zərərçəkmiş şəxs Simran Quliyev qeyd edib ki, 2016-cı il aprelin 4-də Ermənistan silahlı qüvvələri yaşadığı ərazini iriçaplı silahlardan növbəti dəfə atəşə tutublar. Həmin gün saat 20 radələrində evlərindən çıxıb darvazadan 4-5 metr aralandığı zaman qarşısına - 20 metrlik məsafədə yerə mərmi düşərək partlayıb. Bu an o, sağ dizində kəskin ağrı hiss edib. Valideynləri onu rayon mərkəzi xəstəxanasına aparıblar. Onun dizinə top mərmisinin qəlpəsinin batdığı məlum olub.
Zərərçəkmiş şəxs Məhbub Orucova bildirib ki, 2020-ci il iyulun 17-də saat 14:30-da Qazax rayonunun Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən ərazilərdən Ermənistan silahlı qüvvələri tərəfindən atılan və reaktiv qüvvə ilə işləyən aparatın fəzada partlaması nəticəsində ayrılan hissələrdən bəziləri Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib.
O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualını cavablandırarkən kənddə və kəndin yaxınlığında heç bir hərbi hissənin olmadığını bildirib.
Zərərçəkmiş şəxs Səlminə Əliyeva söyləyib ki, 2020-ci il iyulun 17-də Ermənistan silahlı qüvvələri tərəfindən atılmış top mərmisinin qəlpələri Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib. O, prokurorların suallarını cavablandıran zaman yaşadığı kənddə hərbi hissənin olmadığını vurğulayıb.
Zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində - 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən mərminin partlaması nəticəsində xəsarətlər aldığını bildirib. “Təxliyəmiz çətin oldu. Xüsusi vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə qadağandır və hərbi cinayət hesab olunur.
Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqçularımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmi və minaatan atəşinə tutulurdu.
Təqsirləndirilən şəxs David Manukyan şəhid Polad Həşimovun həlak olması barədə sual verərkən “Eşitdiyimə görə, həm yaxşı hərbçi, həm də yaxşı insan olub” deyib və hadisənin gecə, yoxsa gündüz saatlarında baş verməsini soruşub.
Zərərçəkən şəxs isə hadisənin gündüz baş verdiyini bildirib.
Zərərçəkmiş şəxs Məhəmmədəli İmanov deyib ki, yaşadığı Ağdam rayonunun Mahrızlı kəndi mütəmadi olaraq Ermənistan silahlı qüvvələrinin atəşlərinə məruz qalıb.
“2016-cı il aprelin 27-də axşamdan yenə atəşlər başlayıb. Gecə saatlarında oğlu Anar, qonşusu Siyasət və Ədalətlə birlikdə digər qonşusu Teyyubun evinə gediblər. Aprelin 28-də saat 5 radələrində Teyyubun evinə mərmi düşüb partlayıb, nəticədə o, başından xəsarət alıb”, - deyə M.İmanov qeyd edib.
O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın “Təkcə sizin kəndi, ya digər kəndləri də atəşə tuturdular” sualına “Bəli, digər kəndləri də atəşə tuturdular” cavabını verib.
Zərərçəkmiş şəxs Kamil Cahanov bildirib ki, 2020-ci il iyulun 17-də saat 14:30-da Ermənistan hərbçiləri tərəfindən atılmış mərminin partlaması nəticəsində ayrılan hissələrin bir qismi Qazax rayonunun Xanlıqlar kəndində onun yaşadığı evin dam örtüyünə dəyib.
“Əvvəlki vaxtlarda mən heyvan otarmağa gedəndə də Ermənistan hərbçiləri atəş açırdılar”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs Əziz Şirinov Qazax rayonunun Xanlıqlar kəndində yaşadığı evin Tovuz döyüşləri zamanı Ermənistan hərbçilərinin atdıqları mərminin partlaması nəticəsində zərər çəkdiyini söyləyib.
Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi ekspertiza rəyləri də elan olunub.
Ardınca Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevi iştirakı ilə 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhali yaşayan zonaların atəşə tutulması nəticəsində öldürülmüş Azərbaycan vətəndaşları ilə bağlı hadisə yerinə baxış və digər protokolların ekspert rəyləri tədqiq edilib. Bu sıraya 1983-cü il təvəllüdlü Rəhimov Orxan Valerik oğlunun, 1990-cı il təvəllüdlü Əsədli Fərman Elçin oğlunun, 2000-ci il təvəllüdlü Həsənli Turanə Kamandar qızının, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlunun, 1967-ci il təvəllüdlü Mustafayev Famil Əli oğlunun, 1942-ci il təvəllüdlü Hüseynov Əli Müseyib oğlunun öldürülməsi, habelə digər şəxslərə xəsarət yetirilməsi ilə bağlı sənədlər, o cümlədən protokollar daxildir.
Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.






















Xəbərin oxunma sayı : 277
Hadisə
Xəbərlər
-
Nazirdən yeni təyinat - Generalın yerinə bu xanımı gətirdi
-
“Zeynəbin yaşaması üçün əlinizdən gələn köməyi əsirgəməyin!“ - Anasının MÜRACİƏTİ
-
“Çin ABŞ ilə qarşılıqlı rüsumların azaldılması haqqında sazişi tamamilə pozub“ - Tramp
-
Milli Məclisin növbədənkənar iclasının vaxtı bəlli oldu - 7 məsələ
-
“I və IV qrupların imtahanı da eyni səviyyədə olacaq” - DİM sədri etirazlara cavab verdi
-
Ermənistanın “Smerç“ raketini atması nəticəsində yaralandım - Zərərçəkmiş şəxs
-
“Azərbaycan, Türkiyə və Pakistan strateji mövqelərindən və mövcud potensialdan..." - Adəm İsmayıl Bakuvi
-
“Ülfət” bağlandı, sədr müavini kölgəsindəki oyunlar üzə çıxdı - AHİK-də nə baş verir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank üç günlük məzənnəni açıqladı
-
Türkiyə Ukrayna üzrə sammitə hazırlaşır - qərar İstanbulda veriləcək
-
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq - Deputatlar “hə“ dedi
-
Əməliyyatdan sonra Səbirəni maşında evə aparıb - Ülviyyə İlyasovanın cinayət işində ŞOK FAKTLAR
-
“AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən qərar qəbul edilsin” - Deputat
-
İyunda bəzi yerlərdə havanın orta aylıq temperaturu yüksək olacaq - AYLIQ PROQNOZ
-
Bu ərazidə torpağın sotu 700 minə çatır - Ekspert səbəbini AÇIQLADI
-
“Sadələşdirilmiş vergi limiti artırılmalıdır“ - İqtisadçı
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - FOTO
-
“Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
-
“Əhalinin artım tempində ciddi zəifləmə var“ - Əli Əhmədov
-
Hərbi vəzifəli şəxslərlə bağlı cinayət işi başlandı - Mülki şəxs həbs olundu
-
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
-
Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü - Bu dəfə Lənkəranda
-
“Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb“ - Müdafiə Nazirliyi
-
Xətai rayonunda daha bir özbaşınalıq - Sahibkarla razılaşma olmadan obyekti sökülüb - FOTO/VİDEO
-
“Payonix“ ardıcıl ikinci ildir zərərdə: Aktivlər azalır, strukturda risk artır
-
Ceyhun Bayramov ABŞ nümayəndə heyətini qəbul etdi - Fotolar
-
Dövlət sərhədini pozanlar boğulmaq üzrəykən xilas olundular - FOTO
-
Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır - FOTO
-
Eltisini mətbəxdə əməliyyat etdi, ölümünə səbəb oldu - Hökm oxundu
-
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - FOTOLAR
-
Ərinin narkotik sifarişini icra edən “Ana” həbs olundu - FOTO
-
“Ayrılmaq istədiyim üçün sevgilim anamı vurdu” - Səmra
-
“Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb...” - ŞİKAYƏT
-
Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
-
Bakıda əməkhaqqı nə qədər artıb? - 5,9%, yoxsa 9,7%...
-
Qətl törədib ölkəni tərk etmək istədi - Saxlanıldı
-
“WhatsApp“da yenilk: Fasilə funksiyası gəlir
-
Məktəb direktorunun oğlu niyə həbs edilib? - TƏFƏRRÜAT
-
Deputatlar növbədənkənar toplaşacaq - SƏBƏB
-
Trampın tarifləri ABŞ iqtisadiyyatına azı 50 milyard dollar qazandırıb - Ağ Ev
-
Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər?
-
“Sülhə Putin getdikdən sonra nail olacağıq” - Zelenski
-
1,2 milyon manat dələduzluqda ittiham olunan sahibkar kimdir? - YENİ FAKTLAR
-
Paytaxtın bəzi küçələrində söküntü işləri başladı - Ünvanlar
-
Günel Zeynalova gecə yarısı bulvarda mahnı oxudu - VİDEO
-
Ronaldu ilə danışıqları davam etdiririk - “Əl-Nəsr“in idman direktoru
-
Azərbaycan peykinin xidmətlərindən hansı ölkələr istifadə edir? - Siyahı
-
Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
-
“MilliÖn“ və “E-Manat“dan 98 minə yaxın pul oğurladı - Məhkəmə qərarı
-
İsrail və HAMAS arasında razılaşma - 60 günlük atəşkəs
-
Nazirlik “Admedia.az”dan 52 çadır, 30 biotualet icarəyə götürəcək - 191 min ayrıldı
-
Ticarət mərkəzinin müdiri olmaq istədi: Qızı evindən oldu
-
“Kaspi kids”də döyülən uşağın atası danışdı - “Pul təklif etdilər”
-
Minifutbol-2025: Azərbaycan millisi yarımfinalda
-
“AzToyuq“da vergi yoxlaması: Pozuntular aşkarlandı
-
“Rusiya nizamlanma prosesinə davam gətirə bilməsə...“ - Hakan Fidan
-
“Eşitdiyimə görə, Polad Həşimov yaxşı insan olub” - Manukyan məhkəmədə
-
Kamaləddin Heydərovdan əmr:General vəzifəsindən azad edildi
-
Bakı təhsilinin 30 illik toxunulmazı: 149 saylı məktəbin direktorunu kim və necə qoruyur?
-
Füzulidə yeni “Nar” mağazası fəaliyyətə başladı - Fotolar
-
İtinə zəncir almaq üçün göz muncuğu oğurladı - Həbs edildi
-
TƏBİB-in əmrilə diş texniki həkim oldu - FOTOFAKT
-
“Gördülər alınmır, killer göndərib məni vurdular” - Araz Musayev danışdı
-
İşləməsələr də altı ay maaş alacaqlar - Qanunda mühüm dəyişiklik edilib
-
Şoyqudan Almaniyaya sərt xəbərdarlıq: “Bizim də çıxaracaq çox şeyimiz var”
-
Ev sahibi gecə klubuna getdi - Xadimə 10 min dollardan çox pul oğurladı
-
Zeynəb Xanlarovanın adından dələduzluq - Bu elanlara inanmayın!
-
Polis 4.5 ton narkotik vasitəni məhv etdi - FOTOLAR
-
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
-
9 yaşlı Aytənin köməyə ehtiyacı var - FOTOLAR
-
İyunun 3-nə kimi qar uçqunu gözlənilir - Xəbərdarlıq
-
Bu rayonlarda ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlandı - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar”ın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı - FOTOLAR
-
“Ukrayna Rusiyanın görüş təklifinə cavab verməyib“ - Peskov
-
ƏDV ilə bağlı xəbərdarlıq - “Tamamilə qanunsuzdur“
-
Azərbaycanda kartof “böhranı” - Səbəb nədir?
-
Uşaqlar arasında kütləvi virus yayılıb - SİMPTOMLAR
-
Ərdoğan Zəngəzur dəhlizindən danışdı - İrandan gözləntilərini açıqladı
-
Novruz bayramını qaynatasıgildə keçirmək istəmədi deyə döyüldü - MƏHKƏMƏ
-
Sumqayıt 17 saylı bağça müdiri obyektləri necə tikdirib? - FOTOFAKT
-
Prezident BƏƏ-nin iş adamlarını qəbul etdi - FOTOLAR
-
Ali Məhkəmə “TikTok“da yayılan xəbərlə bağlı vahid qərar verdi - DETALLAR
-
Laçına təyyarə ilə səyahət neçəyə başa gələcək? - Açıqlama
-
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
-
“Mən başa düşmürəm, direktor mafiya başçısıdır, reketdir...” - ŞİKAYƏT
-
Azərbaycan Ordusunun hərbçisi minaya düşüb - Kəlbəcərdə
-
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOLAR
-
İyunun 1-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİM-dən xəbərdardarlıq
-
Azərbaycan Ordusunun “Smerç” YARS bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO
-
Elgün İbrahimovun ölüm səbəbi açıqlandı - DTX, DİN və Prokurorluq birgə məlumat yaydı
-
Bakıda qadın pul qarşılığında görüşdüyü əcnəbini soydu: “Hamiləyəm, həbs etməyin“
-
“Azər-Türk Bank“ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər
-
Ermənistanın yaydığı məlumat növbəti dezinformasiyadır - Müdafiə Nazirliyi
-
Bakıda marketin qarşısında 2 nəfəri cərəyan vurub öldürdü - FOTO
-
Dəməşqdə 13 il sonra Azərbaycanla bağlı ilk rəsmi qəbul - FOTO
-
“Çelsi” Konfrans Liqasının qalibi oldu - VİDEO
-
Bu il Azərbaycanda doğulan uşaq neçə il yaşayacaq? - Maraqlı statistika
-
“Kaspi kids” baxçasında müəllim şagirdi su qabı ilə vurdu - Araşdırma başladı
-
Azərbaycan dünyada şaftalı ixracatında neçənci yerdədir? - SİYAHI
-
Bu siniflər də liseylərə imtahan verə biləcək - Qadağa aradan qaldırıldı
-
Komandir cinayət işini bağlatdırmaq istədi - 150 minlik tələyə düşdü
-
Yerdə güclü maqnit qasırğası başladı - XƏBƏRDARLIQ
-
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Qurban bayramında milyonlar qazanacaqlar - SİYAHI
-
“Akkord“ yaşayış kompleksində nə baş verir? -VİDEO
-
Daha bir məktəbdə pul yığıldığı iddia olunur - VİDEO
-
Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşdi
-
Əliyev, Ərdoğan və Şərif Laçını gəzdilər... - FOTOLAR
-
BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib - MƏTN
-
“Onu Balaxanının Eskobarı kimi tanıyırlar” - Narkotik işində maraqlı ifadə
-
“Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk” - Tramp
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
“İnsanlar məni görməzdən gəliblər” - Mahir Emreli
-
DTX-dən Müstəqillik Günü ilə bağlı paylaşım - VİDEO
-
“Biz Putinlə üçtərəfli görüşlərə hazırıq“ - Zelenski
-
Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb
-
Tramp İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
“ƏDV geri al“ kuryerə “stop“ dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?
-
“Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu“ - Şahbaz Şərif
TOP 10
ARXİV