Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Azərbaycanda iki məşhur milyonluq şirkət birləşir - Təfərrüat

Tarix 27.05.25, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


“Caspian Coast Winery and Vineyards” MMC (VÖEN – 7100052921) fəaliyyətinə xitam verilərək “Top Properties” MMC-yə (VÖEN – 1405039331) qoşulduğunu elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yer alıb.
Həmçinin “Caspian Coast Winery and Vineyards” MMC-nin ona qoşulması nəticəsində “Top Properties” MMC-nin yenidən təşkil olunduğunu elan edilib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 9 milyon 458 min 24 manat olan “Caspian Coast Winery and Vineyards” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mollayev Fuad Rayib oğludur.
Nizamnamə kapitalı 150 milyon 294 min 352 manat 50 qəpik olan “Top Properties” MMC isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məcnunov Vasif Əfi oğludur.
Qeyd edək ki, “Top Properties” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin sabiq deputatı Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.
“Caspian Coast Winery and Vineyards” MMC-nin qanuni təmsilçisi Mollayev Fuad Rayib oğlu eyni zamanda “Caspian Coast Winery and Vineyards-2” MMC-yə (VÖEN – 7100647871) rəhbərlik edir. Nizamnamə kapitalı 3 milyon 810 min 550 manat olan bu MMC ötən il ləğv olunaraq “Merit Brand” MMC-yə (VÖEN – 5000200281) qoşulduğunu bəyan edib.
Mollayev Fuad Rayib oğlunun adı daha əvvəl mətbuatda “ŞƏRQİ CO LTD” MMC-nin (VÖEN – 2000018821) qanuni təmsilçisi olaraq qeyd olunub.



Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap