Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Deputatlar bu tarixdə toplanır: 10 məsələ müzakirə olunacaq

Tarix 27.05.25, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin mayın 30-da keçiriləcək plenar iclasının gündəliyi bəlli olub.

AzFakt.com xəbər verir ki, iclasda 10 məsələ müzakirə olunub: 

1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı.

2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (üçüncü oxunuş)

3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

4. Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qaunun layihəsi (ikinci oxunuş)

5. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

6. Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

9. “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

10. Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara dəyişiklik edilməsi qanun layihəsi (birinci oxunuş)



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap