Bu gündən Azərbaycanda hərəkətə məhdudiyyət qoyuldu – DETALLAR Cazibədar modeldən seksual paylaşım - FOTO Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..." Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO
Axtar
 
  • / Gündəm / — 05 Aprel 2020

    Bu gündən Azərbaycanda hərəkətə məhdudiyyət qoyuldu – DETALLAR

  • / Maqazin / — 23 Mart 2020

    Cazibədar modeldən seksual paylaşım - FOTO

  • / Gündəm / — 18 Mart 2020

    Mehriban Əliyeva koronavirusla bağlı xalqa çağırış etdi: "Ağrı və iztirablar sərhəd tanımır..."

  • / Maqazin / — 14 Fevral 2020

    Afaq daha bir ehtiraslı görüntüsünü yaydı - FOTO, VİDEO

  • / Maqazin / — 10 Fevral 2020

    Hadisə sinəsini böyüdüb? - VİDEO

  • / Maqazin / — 05 Fevral 2020

    Rəqqasə Aygünün ehtiraslı görüntüsü yayıldı - VİDEO

“İki oyunumuzun Bakıya salınması ilə bu şansı qazandıq” – Şenol Güneş

Tarix 26.02.20, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Avropa çempionatında öz xarakterimizi ortaya qoymalıyıq. Futbol oyundur. Bu oyunu feyr-pley qaydaları çərçivəsində səs-küylü etməli və hamıya göstərməliyik. Bunun qarşılığında alacağımız nəticələr onsuz da bizi növbəti mərhələyə çıxaracaq”.

Bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş İzmir şəhərində qatıldığı tədbirdə səsləndirib.

AVRO-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirən 67 yaşlı mütəxəssis deyib ki, əsas hədəf çempionluqdur: “Yenidən formalaşan və sürətlə inkişaf edən komandayıq. Belə bir turnirə qatılmaq önəmliydi. Meydana çempionluq üçün çıxacağıq. Mənə 1/4, 1/2 finala çıxmağın yaxşı nəticə olacağını söyləyirlər. Mən isə “bura qədər gəlmişiksə, çempion olaq” deyirəm”.

Ş.Güneş qrup mərhələsinin iki oyununun Bakıda olmasına münasibət bildirib: “Bizə turnirin ev sahibliyini vermədilər. Amma oyunlarımızın Bakıya salınması ilə bu şansı qazandıq. İki oyunumuzun Azərbaycanda olması, eyni zamanda açılış matçını oynamağımız bizim üçün üstünlükdür. Çünki Avropa çempionatında ilk və son qarşılaşmalar hamının diqqət mərkəzində olur. Özümüzü ən yaxşı tərəfdən göstərmək şansımız var”.

Heyətdəki zədəlilər barədə də danışan təcrübəli mütəxəssis yığmada yeni futbolçuların ola biləciyini istisna etməyib: “Hər oyunçu mənim üçün dəyərlidir. Merih Demiralın komandaya təsiri böyükdür. Onun olmaması bizim üçün ciddi itkidir. Zədəsini sağaltsa belə, oynamasını riskli hesab edirəm. Ozan Kabakın heyətdə olması üstünlükdür. Əsas problemimiz müdafiənin sol cinahı ilə bağlıdır. Hasan Ali Kaldırım uzun müddət oynamadı. Yusuf Yazıcı və Abdulkadir Ömür də bizim üçün vacib futbolçulardır. Amma zədə səbəbindən meydana çox çıxa bilmədilər. Abdulkadir qayıdacaq, Yusuf məşqlərə apreldə başlayacaq. Dorukhan Toköz yenicə sağalıb, gözləyirik. Milli komanda olaraq turnirdə ən yaxşısını edəcəyik. Mart ayında yığmaya yeni futbolçular qoşulacaq”.

Qeyd edək ki, iyunun 13-də Uels – İsveçrə, iyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. (report)




Xəbərin oxunma sayı : 736

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda