“Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO Samirə və Rilaya dodaq-dodağa - VİDEO Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO
Axtar
 
  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

  • / Maqazin / — 17 Oktyabr 2021

    Samirə və Rilaya dodaq-dodağa - VİDEO

  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

“İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi“ - Ali Baş Komandan

Tarix 24.09.21, 10:46

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan uzun müddət öz potensialının möhkəmləndirilməsi üzərində çalışırdı. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi üzərində çalışırdıq. Bunu ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə həyata keçirirdik. Çünki hansısa maliyyə təsirindən, yaxud kredit resurslarından asılı olduğumuz zaman Azərbaycanın Silahlı Qüvvələrini modernləşdirə bilməzdik. Bu səbəbdən, demək olar ki, Prezident vəzifəsinə gəldiyim ilk gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işlərə başlanıldı. Hesab edirəm ki, 6-7 ilə buna nail ola bildik”, - ölkə başçısı bildirib.

Prezident əlavə edib ki, müasir silahlanma və hərbi texnikanın alınması baxımından Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi də sürətli templə həyata keçirilirdi.

“Təbii ki, ordumuzun döyüş qabiliyyətinin artırılması üzərində gündəlik iş aparılırdı... Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi. Biz, 2016-cı il aprel döyüşləri zamanı öz imkanlarımızı məhdud şəkildə nümayiş etdirdik. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və biz Ermənistan tərəfinə hər şeyi götür-qoy etməyə və işğala son verməklə bağlı qərar qəbul etməyə imkan yaratdıq. Lakin təəssüf ki, həmin vaxt bizim dayanmağımız Ermənistan tərəfindən düzgün anlaşılmadı və bunun da cəzasını çəkdilər”, - Prezident İlham Əliyev deyib.



Xəbərin oxunma sayı : 883

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda