Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Əli İnsanovun radikallığı gözlənilən idi” – Mirmahmud Mirəlioğlu

Tarix 19.03.19, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


“Əli İnsanovun radikal çıxışı təbiidir və onun bu cür fikirlər səsləndirməsi gözlənilən idi.  Həmçinin İnsanovun haqlı olduğunu düşünürəm. Çünki   ona qarşı ikinci dəfə də həbsxanada yenidən məhkəmə keçirmişdilər”.

Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri  Mirmahmud Mirəlioğlu “Yeni Sabah”a Əli İnsanovun azadlıqdan sonra verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə,  adamların mövqelərinə, açıqlamalarına təbii yanaşmaq lazımdır:

“Əli İnsanov siyasətə gələcək, kimlər ona dəstək olacaq-olmayacaq – bu,  hər kəsin şəxsi işidir. Bunu da təbii qarşılamalıyıq. Əli İnsanov  özü öz seçimini edəcək, buna uyğun yəqin ki, adekvat cavablar alacaq. Digər tərəfdən düşünürəm ki, İnsanov bu məsələdə kifayət qədər suala yer qoymayan açıqlamalar verdi.  Hər halda mən bu cür qəbul edirəm.

Şərtlə danışmaq doğru deyil. Yaşayarıq, görərik.  “Əli İnsanov siyasi mübarizəyə qoşulsa” kimi cümlələr qurmağa ehtiyac yoxdur. Seçim onundur. Digər məsələləri də zaman göstərəcək”.

Qeyd edək ki, ötən həftə prezidentin imzaladığı əfv sərəncam ilə keçmiş səhiyyə naziri Əli İnsanov da həbsdən azad oldu. O, həbsxana qapısındaca sərt açıqlamalar verdi və aktiv siyasətlə məşğul olacağını anons etdi.



Xəbərin oxunma sayı : 565




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap