Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Əli İnsanovun yeganə amacı qisasdır“ - Natiq Cəfərli

Tarix 04.12.19, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


"Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün toplantıda iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür”.

Modern.az saytı xəbər verir ki, bunu ReAl Partiyasının icra katibi Natiq Cəfərli müxalifət partiyalarının növbədənkənar parlament seçkisinin müzakirəsi üçün dünən keçirdiyi toplantı barədə danışarkən bildirib.

"Əli müəllimin yeganə amacı qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə ictimai dəstək qazanacaq”, - N.Cəfərli əlavə edib.

ReAl funksioneri deyib ki, o, məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkür, bunu istəmir.

"Əli müəllim çıxışında Norveçi misal çəkdi, örnək göstərdi, amma demədi ki, Norveç ona görə Norveç olub ki, tarixində oğru nazirlər, haqqı tapdalayan məmurlar olmayıb, Norveç ona görə Norveç olub ki, qonşuları İsveç, Danimarka və Finlandiyadır, daha Ermənistan, Rusiya və İran deyil”.
 



Xəbərin oxunma sayı : 685




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap