![]() |
|














“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” - 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Tarix 05.02.25, 16:28 |
|

Sabah, Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Hazırda prosesdə zərərçəkənlərin yenidən dindirilməsi mərhələsidir. Ona görə də məhkəmədə dindilməyən və adları zərərçəkmiş siyahısında olan şəxslərin prosesdə iştirakı üçün xəbərnamələr verilib. Şahidlərin prosesdə yenidən dindirilməsi məhkəmə tərkibindəki hakim Siyavuş Hacıyevin qəfil vəfatı və yeni təyin olunmuş hakimin verilmiş ifadələrdən məlumatsız olması ilə əlaqədardır.
Musavat.com xəbər verir ki, tərkibə yeni hakim təyin edildiyindən məhkəmə istintaqı yenilənib. Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir.
Əvvəlki məhkəmə iclaslarında müttəhim Nofəl Hacıyevlə qayınatası Tahir Qədəşov arasında mübahisə yaranıb. Nofəl Hacıyev vətəndaşlardan aldığı pulları şərik münasibətlərinin olması səbəbi ilə qaynatası Tahir Qədəşova verdiyini, sonuncunun külli miqdarda vəsaiti "Atlant” İstirahət Mərkəzinin genişləndirilməsinə yönəldildiyini deyib.
Bildirib ki, Tahir Qədəşovla "Təbriz” MTK-da rəsmi qaydada şərik olublar.
"Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim "Təbriz”, "Halal” və "Ruslan” MTK-lardakı payıma düşən pulu verin, bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var. Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, "Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları ortaya çıxarın. "Təbriz”in, "Halal”ın pulları "Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayətə bu adam sürükləyib” –deyə Nofəl Hacıyev məhkəməyə verdiyi ifadəsində qayınatasını ifşa edib.
O, "Atlant”ın inkişafı və böyüdülməsi ilə bağlı işlərin daha çox qayınatası Tahir Qədəşovun təşəbbüsüylə aparıldığını bildirib: "Tahir Qədəşov "Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, "Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, "Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam”.
Cinayət işi üzrə əsas müttəhim Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Əldə etdiyi pulları isə "Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığı bildirilir.
O, həmçinin "Təbriz” MTK-da vətəndaşlardan toplanan pulların böyük hissəsinin "Atlant” Ailəvi İstirahət Mərkəzinin inkişafı üçün istifadə edildiyini vurğulayıb. Tahir Qədəşov isə çıxışlarında "Atlant”ın gəlir gətirmədiyini, əksinə, ziyanla işlədiyini bildirərək, bütün gəlirlərin kredit borclarına yönəldildiyini iddia edib. Lakin məhkəmə iclasında məlum olub ki, "Atlant” hər il təqribən 10 milyon manat gəlir əldə edir. Tahir Qədəşov məhkəmədə "Atlant”da illik gəlirin artırılmasına yönəlmiş bir sıra maliyyə əməliyyatları həyata keçirildiyini vurğulayıb. Nofəl Hacıyevin vəkilinin sualına cavab verərkən Tahir Qədəşov "Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, Nofəl Hacıyev ildə yalnız iki dəfə "Atlant”a gəlib, əgər o, şərik olsaydı, müntəzəm olaraq bu istirahət mərkəzində daha çox vaxt keçirərdi. Bu vaxtdan sonra zərərçəkənlər məhkəmədə verdikləri ifadələrdə, "Atlant”ın təmiri və tikintisi ilə bağlı detala varıblar. Zərərçəkənlərdən biri, Məmmədəli İsmayılov Tahir Qədəşova qarşı sərt ittihamlar irəli sürüb. Məmmədəli İsmayılov Tahir Qədəşovun pulları necə xərclədiyini, "Təbriz” MTK-nın necə idarə olunduğunu sual edib. Tahir Qədəşovun üzünə "Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm” deyə bildirib. Məhkəmə iclaslarında bir neçə vacib məsələ də müzakirə edilib. Məsələn, Nofəl Hacıyev bildirib ki, "Atlant”ın təmiri və inkişafı ilə bağlı sərmayələrin qarşılığında heç bir ödəniş almayıb və yalnız şəxsi münasibətləri ilə işləri həyata keçirib. Məhkəmədə incələnən sənədlərdən bəlli olub ki, "Atlant”ın inkişafına yönəldilən vəsaitlərin böyük hissəsi qeyri-rəsmi şəkildə, yəni "qara mühasibatlıq” vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, aparılan istintaqla "Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə "Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti "Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, "Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə "Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. "Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. "Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Xatırladaq ki, ibtidai istintaq dövründə "Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.
Xəbərin oxunma sayı : 1105
Hadisə
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV