| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
“Ümid edirəm ki, hər bir məmur lazımi nəticəni çıxaracaq” – Əli Əhmədov
Tarix 22.10.19, 23:14 |
|
Baş Nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədovun APA-ya müsahibə verib.
AzFakt.com mövzunun aktuallığını nəzərə alaraq, həmin müsahibəni təqdim edir:
- Baş Nazirin iki müavini – Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizəsi yazaraq vəzifələrindən azad olundu. Prezident İlham Əliyev oktyabrın 21-də həmin şəxslərlə görüşdü, onlara xidmətlərinə görə təşəkkür etdi. Prezidentin bu addımı siyasi əxlaq nümunəsi hesab edilir. Bu barədə nə deyə bilərsiniz?
– Əlbəttə, yüksək ranqlı məmurların vəzifəyə təyin və azad olunması Prezidentin konstitusional səlahiyyətdir. Hesab edirəm ki, dünənki istefalarla əlaqədar təfərrüfat Azərbaycan vətəndaşlarına çatdırılıb. Əli Həsənov və Hacıbala Abutalıbov Prezidentdən onları tutduqları vəzifədən azad etmək haqqında xahiş ediblər. Prezident də onların xahişini və müraciətini təmin edib. Hər iki şəxs Azərbaycan dövlətinin qarşısında böyük xidmət göstərmiş məmur olub, böyük vəzifələr tutub. Zamanında Heydər Əliyev, uzun müddət isə Prezident İlham Əliyevlə işləyiblər, üzərilərinə düşən öhdəlikləri layiqincə yerinə yetiriblər. Hesab edirəm, indi bir zaman gəlib çatıb, onların özləri də dərk ediblər ki, yəqin yeri gənclərə buraxmağın zamanı, vaxtı gəlib çatıb. Ümumiyyətlə, hökumət canlı bir orqanizmdir. Daim hökumətdə yenilənmə və təzələnmə gedir. Dünyanın hər yerində hökumətin tərkibi zaman-zaman dəyişir, yenilənir. Azərbaycan da istisna deyil. Azərbaycan hökuməti də illər ərzində tərkib baxımından kifayət qədər dəyişib, müəyyən insanlar vəzifələrini icra edib, yerinə yetirib, istefaya gediblər, əvəzlərinə digərləri gəlib. Bunu normal qəbul etmək lazımdır. Hesab edirəm ki, bundan sonra da buna bənzər hadisələr olacaq. Bir daha təkrar etmək istəyirəm ki, hökumət canlı orqanizmdir. Həyatda baş verənlərlə əlaqədar olaraq, bu və ya digər səbəb və amillərlə bağlı hökumətin tərkibin dəyişməsinə ehtiyac yaranır. Bu ehtiyaca uyğun olaraq da qərarlar qəbul edilir. Prezidentin də qeyd etdiyi kimi, hər iki şəxs Azərbaycanın ictimai həyatında həm hörməti, nüfuzu, həm də kifayət qədər fəallıq göstərmiş və bu yöndə fəallığını nümayiş etdirmiş insanlardır. Biz inanırıq ki, onlar bundan sonra da Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edəcək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına töhfələrini verəcəklər.
- Prezident İlham Əliyev Sizin də rəhbərliyində təmsil olunduğunuz Nazirlər Kabinetində yenilənmə anonsunu verib, yeni Baş Nazirə bununla bağlı tapşırıqlar verdiyini bildirib. Nazirlər Kabineti cəmiyyətdə də çevik fəaliyyət göstərməyən qurum kimi xarakterizə olunur. Baş Nazirin müavini kimi, Nazirlər Kabinetində hansı struktur və kadr islahatlarına ehtiyac olduğunu düşünürsünüz?
– Hesab edirəm ki, digər ölkələrdə, o cümlədən Azərbaycanda da hökumətlə əlaqədar tənqidi meyllər müşahidə olunur. Azərbaycanın Nazirlər Kabineti də tənqid olunan hökumət və dövlət qurumları içərisində bəlkə də ön sıralarda gedir. Ən çox tənqid olunan qurumlardan biri məhz Nazirlər Kabinetidir. Hesab edirəm ki, bu da təsadüfi deyil. İnsanlar hər hansı problemlə üzlədikdə onun günahkarını axtararkən yadlarına ilk düşən Nazirlər Kabineti olur. Ona görə də Nazirlər Kabinetini tənqid etməkdən heç kim çəkinmir, tənbəllik etmirlər, Nazirlər Kabinetini məmnuniyyətlə tənqid edirlər. Amma onu da qəbul etmək lazımdır ki, Nazirlər Kabineti geniş qurumdur, anlayışdır. Bura bütün mərkəzi icra hakimiyyəti strukturları daxildir. Bir də Nazirlər Kabinetinin Aparatı var ki, Nazirlər Kabineti kimi böyük bir qurumun idarə olunmasına bilavasitə məsuliyyət daşıyır. Ona görə də Nazirlər Kabineti bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinə maksimum dərəcədə uyğunlaşmağa çalışmalıdır. Azərbaycanın həyatı yüksək dinamika ilə inkişaf edir. Ölkəmizdə bütün sahələrdə böyük dəyişikliklər müşahidə olunmaqdadır. Nazirlər Kabineti də bu dəyişikliklərə uyğunlaşmağı bacarmalıdır. Təbiidir ki, Nazirlər Kabinetinin strukturu, orada çalışan insanlar bu tələblər səviyyəsində olmalıdır. Yeni Baş Nazir təyin olunub. Hesab edirəm ki, Prezident ona müvafiq tapşırıqları verərkən, eyni zamanda Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin həyata keçirilməsini də nəzərdə tutub. Güman edirəm ki, Nazirlər Kabineti bundan sonra da Azərbaycan vətəndaşlarının Azərbaycan hökumətinə bəslədiyi ümidləri doğrultmaq üçün səylərini daha da artıracaq.
- Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrdən, bu çəkişmələrin media müstəvisinə daşınmasından danışdı, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq etdi. Sizcə, bu xəbərdarlığı zəruri edən amillər hansılardır?
– Təbiidir ki, məmurlar da insandır. Hər bir insana xas olan müsbət və mənfi keyfiyyətlər məmurlarda da var. Biz hər hansı məmurda mənfi keyfiyyətlərin olmasını istəməzdik. Güman edirəm ki, Prezident xüsusi vurğuladığı problemlərin mövcud olduğunu müşahidə edib və narahatlığını ifadə edib. Amma burada verilən mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın məmur korpusu kifayət qədər mənəvi əxlaqi keyfiyyətlərə malik olsun, öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə ciddi şəkildə yanaşsın və bütün diqqəti onun yerinə yetirilməli olduğu vəzifələrin icrasının üzərinə yönəltmiş olsun. Eyni zamanda digər ölkələrdə də belə hallar müşahidə olunur. Hesab edirəm ki, Prezidentin mesajı Azərbaycanın bütün məmur korpusuna mesaj kimi qəbul olunmalıdır. Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq.
- Siz həm də Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibisiniz. Sirr deyil ki, hakim partiyanın əsas seçkili strukturlarında təmsil olunanların da xeyli hissəsi təqaüd yaşına çatmış və ya keçmiş insanlardır. YAP strukturlarında da yenilənmə gözlənilirmi?
– Həyat inkişaf edirsə, insanların yaşı da artır, pensiya yaşına gəlib çatır və keçir. Bu, həyatın qarşısı alınmayan tələbi və prosesidir. YAP da bu proseslərdən kənarda deyil. YAP həyatın inkişafından və tələbindən geriyə qalmamaq üçün çox ciddi addımları atır və bundan sonra da atmaq niyyətindədir. Biz gənclərə həmişə böyük diqqət və sayğı ilə yanaşmışıq. Gənclərin enerjisindən, biliklərindən YAP-ın potensialının artırılması üçün istifadə etməyə cəhdlər göstərmişik. Bu, bizim qarşımıza qoyduğumuz ən vacib məsələlərdən biridir. Hesab edirəm ki, YAP-ın tərkibində gəncləşmə prosesi daimi olaraq davam edəcək. YAP-ın çox sayda gənc üzvü var ki, onlar Azərbaycan gəncliyinin ən layiqli nümayəndələridir. Biz cəmiyyəti bütövlükdə qavrayırıq ki, bunun içərisində gənc də, orta yaşlı da, dövlət üçün böyük xidmətlər göstərmiş yaşlı insanlar da var. YAP olaraq biz hamıya hörmət və sayğı ilə yanaşırıq. Hər kəsə partiyamızın inkişaf etməsi üçün göstərə biləcəyi xidmətin göstərməsini tövsiyə edirik. YAP olaraq gəncləri həm həvəsləndiririk, həm öz sıralarımıza gəlmək üçün təşviq edirik, həm də onlara bilik və bacarıqlarını nümayiş etdirmək şəraiti yaradırıq.
- Dünən kabinetdən istefa vermiş Əli Həsənov və Hacıbala Abutalıbov YAP-dakı postlarında fəaliyyətlərini davam etdirəcəklərmi?
– Bu barədə Prezident onlara öz tövsiyələrini verib. Əli Həsənov və Hacıbala Abutalıbova tövsiyə edərək bildirib ki, partiyadakı fəaliyyətlərini davam etdirsinlər. Güman edirəm ki, onlar öz fəaliyyətlərini ləyaqətlə davam etdirəcək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına bundan sonra da öz töhfələrini verməyə çalışacaqlar.
- Milli Şuranın 19 oktyabr aksiyası ilə bağlı fikirlərinizi bilmək istərdik. 19 oktyabrda Bakıda nə baş verdi?
– Oktyabrın 19-da Bakı normal həyatını yaşayırdı. Əgər kütləvi informasiya vasitələri, xüsusilə də, insanların adət etdiyi vasitələr – “facebook” və digərləri olmasaydı, bəlkə də Bakı şəhərində yaşayan insanların böyük hissəsi bir qrup insanın icazəsiz mitinq keçirməsindən də xəbər tutmazdı. Mənim və tanıdığım insanlardan aldığım məlumatların mahiyyəti ondan ibarətdir ki, Bakı normal həyatını yaşayırdı. Amma şəhərin çox kiçik bir hissəsində, insanların gur, hərəkətin intensiv olduğu nöqtəsində Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası qeyri-qanuni aksiya keçirmək cəhdi göstərdi. Ola bilər ki, 100-200 insan o aksiyada iştirak edirdi, hər hansı çağırışlar səsləndirirdi, insanların rahatlığını pozurdu. Təbiidir ki, hüquq-mühafizə orqanları orada asayişi təmin etməliydilər və qanunsuz aksiyanın qarşısı mütləq alınmalı idi. Bununla əlaqədar olaraq şəhərin məhdud bir hissəsində hərəkət müəyyən qədər məhdudlaşdırılmışdı. Bakı şəhərində oktyabrın 19-da baş verənlər bundan savayı başqa bir şey deyildi. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mətbuat bunu Bakı şəhərində hər hansı fövqəladə vəziyyətin baş verməsi kimi təqdim etdi. Xüsusilə də maraqlı olan mətbuat vasitələrinin təmsilçiləri Azərbaycandan kənarda olan müvafiq qurumlara, orqanlara, beynəlxalq təşkilatlara baş verən hadisələrin həddən artıq böyük rezonansa səbəb olan hadisə kimi təqdim edilməsi üçün cəhdlər göstərdilər. Amma mən və tanıdığım çoxlu sayda adamın hisslərini bir daha təkrar etmək istəyirəm: Bakı şəhəri oktyabrın 19-da normal həyatını yaşayırdı.
- Aksiya iştirakçılarının və polisin qarşılıqlı davranışlarını necə qiymətləndirirsiniz?
– Aksiya iştirakçılarında çox böyük bir aqressiyanın olduğu açıq şəkildə görünürdü. Mən sosial şəbəkələr vasitəsilə qanunsuz aksiyanı müşahidə edirdim. Orada asayişin keşiyində duran polislərin kifayət qədər dözümlü və sərrast davranışının şahidi oldum. Aksiya iştirakçıları asayişi təmin etmək istəyən polis nümayəndələrini nə qədər hövsələdən çıxarmağa çalışsalar da, toqquşma yaratmağa cəhdlər göstərsələr də, polisin peşəkarlığı və dözümlü hərəkəti bu cür qarşıdurmanın və təxribatın baş tutmasına imkan vermədi. Hesab edirəm ki, Azərbaycan polisi onu təxribata çəkmək istəyənlərin hərəkətlərinə uymamaqla böyük peşəkarlıq nümayiş etdirə bildi.
- Aksiya iştirakçılarının zorakılığa məruz qalması ilə bağlı iddialar var. Bunu Əli Kərimli də sərbəst buraxıldıqdan sonra bildirdi, eləcə də Tofiq Yaqublunun vəkili açıqlamasında bu barədə danışdı. Bununla bağlı nə deyə bilərsiniz?
– Əli Kərimli və Tofiq Yaqublu maraqlı tərəflər olduğundan hesab edirəm ki, onların səsləndirdiyi bəyanatların o qədər də düzgün olduğuna inanmaq düzgün olmazdı. Aksiyaya cəhd göstərilməsinin bütün görüntüləri KİV tərəfindən lentə alınıb, canlı şəkildə yayımlanıb. Nə canlı yayımlarda, nə də KİV-in heç birində hər hansı polis tərəfindən lazım olan dərəcədən artıq zorakılıq hallarının göstərilməsi müşahidə olunmadı. Ümumiyyətlə, zorakılıq hallarının tətbiq edildiyinin şahidi olmadıq. Polis, sadəcə olaraq, qeyri-qanuni küçə yürüşünün qarşısını almaq vəzifəsini çox ləyaqətlə, təmkinlə, səbrlə və dözümlə yerinə yetirdi. O ki qaldı müxalifətin bu aksiya zamanı təxribat törədərək, polislə toqquşub, qarşıdurma yaratmaq niyyətlərinə, hansı ki, bu qaşıdurma görüntülərinin yəqin ki, müvafiq ünvanlara göndərilməsi planlaşdırılırdı, əlbəttə ki, o gürüntülər alınmadı. Ümumiyyətlə zor tətbiqi olmadığına görə bu görüntülərin də alınması mümkün olmadı. Mən müqayisə üçün dünyanın ən demokratik imicə malik olan ölkələrindən qeyri-qanuni aksiyaların qarşısının alınması zamanı polisin hansı zorakılıq halları tətbiq etməsi ilə əlaqədar məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Kifayət qədər güc tətbiq etməklə qeyri-qanuni aksiyaların, bəzi hallarda hətta icazəli aksiyaların qarşısının alınması zamanı polislər öz vəzifələrini yerinə yetirərkən zor tətbiq edirlər. Çünki hər bir ölkədə dövlətin üzərinə düşən öhdəliklərdən biri də vətəndaşın təhlükəsizliyinin təmin edilməsidir. Kütləvi aksiyalarda vətəndaşların trəhlükəsizliyinin təmin edilməsi ön plana çıxır. Çünki müxtəlif təxribatlar, müxtəlif niyyətlərlə qarşıdurmalar yaratmağa çalışan qüvvələr ola və bunların təxribatları nəticəsində həm aksiyanın iştirakçılarının, həm də ərazidə olan sadə vətəndaşların təhlükəsizliyinə təminat vermək çətinləşə bilər. Polisin vəzifəsi həm kütləvi aksiyada iştirak edənlərin, həm də orada olan hər bir vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Polis asayişin pozulmasına, təxribatlara imkan verməmək üçün ora gəlib. Bu mənada istər Əli Kərimli, istərsə də mitinqin digər təşkilatçılarının oktyabrın 19-da qanunsuz aksiya zamanı polis tərəfindən zorakılığın tətbiq edilməsi haqqında səsləndirdikləri bəyanatın tamamilə əsassız olduğunu birmənalı şəkildə vurğulamaq istəyirəm.
- 19 oktyabr aksiyasından sonra xarici ölkələrdəki bəzi şəxslərin sosial media üzərindən kütləvi iğtişaşlara, terrora çağırışlarına rast gəlinir, habelə ayrı-ayrı polislər hədəf göstərilir. Bu çağırışlarla bağlı nə deyə bilərsiniz?
– Belə çağırışları qəti şəkildə pisləyirəm. Hesab edirəm ki, bu çağırışlar Azərbaycana qarşı bütövlükdə təxribat törətmək niyyətlərindən xəbər verir. Bu çağırışlar ciddi şəkildə konstitusion hüquqların pozulmasıdır, Azərbaycanda konstitusion quruluşa qarşı cəhd göstərilməsi nümunəsidir. Bu çağırışları edənlər digər tərəfdən isə ölkədə qarşıdurma, xaos və anarxiya yaratmaq niyyətlərini ortaya qoymuş olur. Düşünmürəm ki, Azərbaycan cəmiyyətində kimlərsə xaricdə sığınacaq tapmış və hansı maraqlı dairələrə qulluq etdiyi o qədər də bizə məlum olmayan bəzi məsuliyyətsiz insanların bu cür çağırışlarına diqqətlə yanaşır və ya ona əhəmiyyət verir. Bütün bunlara baxmayaraq, mən Azərbaycanda qarşıdurma yaratmağa çağırışları, eyni zamanda polislə, müvafiq hüquq-mühafizə orqanları ilə qarşıdurma yaratmaq çağırışlarını qəti şəkildə pisləyirəm. Azərbaycanın hər bir vətəndaşı ölkəmizdəki sabitliyi, əmin-amanlığı yüksək qiymətləndirir. Bu, Azərbaycan dövlətinin müstəqillik illərində əldə etdiyi ən böyük nemətlərdən biridir. Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatının, iqtisadiyyatının böyük dinamika ilə inkişaf etdiyi yüksək qiymətləndirir. Bu inkişafdan hər bir kəs, hər bir ailə fayda görür. Ən böyük fayda isə bayaq dediyim kimi, sabitlik və əmin-amanlıqdır ki, heç də hər bir ölkədə buna nail olmaq mümkün olmur. Ona görə də heç bir Azərbaycan vətəndaşı ölkəmizdəki sabitliyin, əmin-amanlığın pozulmasına razı olmaz və buna imkan verməz.
Xəbərin oxunma sayı : 334
Müsahibə
Xəbərlər
-
Yanvarın 1-dən bir sıra məcburi dövlət sosial sığorta haqları artırılır - VİDEO
-
“Duru Su“ ya məxsus plastik qablarda satılan içməli su krandan doldurulur - İDDİA
-
Sosial şəbəkədə xarici musiqiyə oynayan bağça müəllimlərin addımına sakinlərdən münasibət - VİDEO
-
İcra başçısının işdən çıxarılmasının səbəbi açıqlandı - Pul yığıb?
-
Ağdamın Kəngərli kəndində çəkilən görüntünün reallığı - VİDEO
-
Ramiz Mehdiyev yenidən dindirilib - Yaşadığı evdə
-
Xalis mənfəətin azı 30 %-ni dvident kimi büdcəyə ödəyəcəklər - Nazirlik fərmanı şərh etdi
-
Azərbaycandan şampun ixracı beş dəfə azalıb, idxal isə artıb - Statistika
-
Tramp Putinlə pozitiv söhbət edib - Ağ Ev
-
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində - Fotolar
-
Nazir Agentliyə yeni rəis müavini təyin etdi - FOTO
-
Bir aya işdən çıxarılan icra başçısı kimdir? - DOSYE
-
Vüqar Ələkbərovun əməliyyat etdiyi şəxslərdən ikisi şikayətçidir - Rəsmi açıqlama
-
Xankəndidə 4,6 milyona inzibati bina tikən “Archico” kimindir?
-
Prezident ailəsi ilə “Ağ Şəhər”də olub - FOTOLAR
-
Azərbaycanda unun son topdansatış qiymətləri - SİYAHI
-
Nəsiminin icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
-
Şəkidə mənzil fondu təmir ediləcək: 300 minlik tender qazanan “Elşən“ MMC kimindir?
-
Yaşayış minimumu 300 manat oldu - Prezident təsdiqlədi
-
Avropadan Tramp - Zelenski görüşünə reaksiya - Açıqlamalar
-
“Nar” lotereyasında həyəcan artır - 10-cu avtomobil səni gözləyir
-
QHT-lərə Dövlət Dəstəyi informasiya sistemi yaradıldı - FƏRMAN
-
Aidiyyatı qurumlar “Dr.Gülü”nün qanunsuz əməlinə niyə göz yumur? – VİDEO
-
Evlərini kirayə verənlərə xoş xəbər - Vergi dərəcəsi endirilir
-
Qar yağacaq, güclü külək əsəcək - Sabahın havası
-
“Putin və Tramp ən yaxın zamanda yeni telefon danışığı aparacaq“ - Peskov
-
Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz
-
Bakıda yanğın - 1 nəfər yanaraq öldü, o biri xəstəxanalıq oldu
-
Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq - Prezident təsdiqlədi
-
Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 3 polis həlak olub - VİDEO
-
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib - Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı
-
2026-cı il dövlət büdcəsi təsdiqləndi: Gəlirlər və xərclər nə qədər olacaq?
-
Azərbaycanda 10 bank bayramda işləməyəcək - SİYAHI
-
Bu dərmanlar gələn ildən pulsuz veriləcək - VİDEO
-
Əməkdar artistin bədəni çürüyür - Vüqar Ələkbərov əməliyyat edib...
-
“Mənə zəng etdilər, dedilər ki, imza at…” - Misir Mərdanov
-
Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir? - VİDEO
-
“Türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik“ - “Traktor“un sahibi
-
“Pilot 16“ MMC yaşayış ola-ola tikinti aparır - ŞİKAYƏT
-
“Qala Sığorta“da geri sayım - Yığımlarda 2 milyona yaxın azalma
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar xilas edilib - VİDEO
-
Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis yaralandı
-
Kriptobirjada son durum - “Bitcoin“ 90 min dollara kimi ucuzlaşıb
-
Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi
-
Yeraltı qaz xətlərinin yenilənməsi işləri sahibkarları işıqsız qoydu - VİDEO
-
Avro ucuzlaşıb, rubl bahalaşıb - Rəsmi məzənnələr
-
Binə qəsəbəsinin sakinləri soyuqdan “donurlar” - VİDEO
-
Trampın Ukrayna nümayəndə heyəti ilə növbəti görüşü yanvar ayında keçiriləcək - Zelenski
-
Sumqayıtda ipoteka ilə alınmış mənzildən artıq ödəniş tələb olunur - VİDEO
-
“Rusiya ilə əlaqələri kəsmək fikrimiz yoxdur“ - Ermənistan XİN
-
Xaricdən gəlir əldə edənlərin diqqətinə: Yeni ildən böyük dəyişiklik olacaq
-
Milli birliyin və dövlətçilik ideyasının təntənəsi
-
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan xalqının milli kimliyinin...
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Putin və Tramp razılıq əldə edib - İki işçi qrupu yaradılacaq...
-
DYP hərəkət iştirakçılarına xəbərdarlıq edib: Yollarda ehtiyatlı olun!
-
Yeni il süfrəsi neçəyə başa gələcək? - Ərzaqlar və qiymətlər
-
Misir Mərdanov vəzifəsini itirdi - Əli Abbasov da vəzifə ilə vidalaşdı
-
Əmlak bazarında kəskin böhran - 2026-da evlər ucuzlaşacaq
-
Milli Məclisdə kadr və struktur dəyişikliyi olub - Spiker köməkçisinə yeni vəzifə verdi
-
Xalq artisti məhkəməyə verildi - Keçmiş xanımı tərəfindən
-
Milli həmrəylik xalqımızın və dövlətimizin ən böyük sərvətidir
-
Bu ilin ən çox qazanan futbolçuları - SİYAHI
-
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - milli birliyin və həmrəyliyin təcəssümü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Xətaidə Yeni il tədbiri keçirildi - FOTOLAR
-
“AZZA“ tortundan zəhərlənmə olub? - İDDİA
-
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq?
-
Toya gedərkən faciəvi şəkildə ölən bacıların - Fotoları
-
Paytaxtda buludlu, dağlıq ərazilərdə qar - Sabahın havası
-
150 min manatlıq qanunsuz siqaret aşkarlandı - Video
-
Bakıda qəzalı binaların söküntüsü niyə ləngiyir? - VİDEO
-
Zəngəzurda nəhəng dağlar yarılır, yol çəkilir - VİDEO
-
ABŞ təkpartiyalı dövlətə çevrilə bilər - MASK
-
Ordubadda qarın hündürlüyü 29 sm-ə çatıb - FAKTİKİ HAVA
-
Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq
-
Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi - VİDEO
-
Azərbaycanda problemli kreditlərin həcmi yenidən artdı - VİDEO
-
Şəkidə 56 il öncə çəkilmiş yol bərbad vəziyyətdə - VİDEO
-
“Biz ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik“ - İran Prezidenti
-
Xətai rayonunda bağçanın həyətini su basdı - VİDEO
-
Azərbaycanda iş qrafikləri bu tarixdə dəyişə bilər - AÇIQLAMA
-
İdmançılarımız qalib Azərbaycan xalqını uğurla təmsil edirlər
-
Azərbaycan idmançıları qalib ölkəni qürurla təmsil edirlər
-
Prezidentin qızı ilə gəlini “Romeo və Cülyetta”nı izlədi - Fotolar
-
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
-
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
-
Azərbaycana qarşı 907-ci maddə ləğv edilib - Konqresin saytı mətni yaydı
-
Toya gedirdilər, avtomobilləri kanala düşdü - İki bacının faciəvi ölümü
-
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır
-
Döyüş meydanının Zəfəri idman arenalarında davam edir
-
Qanunsuz işləyən maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - Video
-
“Nar”ın “Çoox Şanslı” lotereyası - 9-cu avtomobil uduldu
-
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salındı - FOTO
-
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
-
Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI
-
“Putinlə tezliklə və istədiyim qədər danışacağam“ - Tramp
-
Türkiyə bu bölgədə əməliyyat keçirə bilər - Heç kimdən icazə almadan...
-
Leyla Əliyeva “Euronews”a müsahibə verdi - VİDEO
-
Minlərlə mədəniyyət işçisinin maaşı kəsilib? - Rəsmi açıqlama
-
9 dərəcəyə qədər şaxta var - FAKTİKİ HAVA
-
Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
-
Daxili İşlər Nazirliyi bu şəxslərə müraciət etdi - VİDEO
-
“Azpetrol“ şirkəti də Ruslan Eyyubova məxsus imiş - İLGİN İDDİA
-
Tramp sabah Zelenski ilə görüşəcək - Floridada
-
Daxili işlər naziri Qubada sıra baxışı keçirəcək - Bu tarixdə
-
“Məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb“ - VİDEO
-
Azərbaycanda içki və siqaret istehsalı azalıb - RƏSMİ
-
Yeni Günəşli qəsəbəsində illərdir nəzarətsiz qalan qeyri-yaşayış obyekti - VİDEO
-
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası
-
Elektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək
-
Sabiq nazir külli miqdarda borca düşdü - FOTO
-
Bu idmançılar və idman mütəxəssisləri təltif edildi - SİYAHI
-
“Azərbaycanla ticarət dövriyyəsi tarixi rekord qıracaq“ - Çin səfiri
-
Smartfonlar Azərbaycana bu ölkələrdən gətirilib - SİYAHI
-
“Balaca Heydərin iki oğlu var“ - İlham Əliyev
-
“Az yatır, çox götür“ şüarı ilə dələduzluq - VİDEO
TOP 10
ARXİV






