| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycan Prezidenti “Kazinform“a müsahibə verdi - TAM MƏTN
Tarix 18.10.25, 12:15 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində "Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.
AzFakt.com müsahibəni təqdim edir.
-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?
-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
-Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq necə inkişaf edir?
-Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.
Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.
-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika və neft-qaz sektorlarında, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Orta Dəhlizin hər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün hansı addımlar atılır?
-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə "2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur.
İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.
Neft-qaz sektorunda SOCAR və "KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.
Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.
Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir.
Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir.
-Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində Türk Dövlətləri Təşkilatının rolunu necə qiymətləndirirsiniz?
-Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.
TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.
-Ölkələrimiz mədəni-humanitar sahədə nə dərəcədə sıx əməkdaşlıq edir?
-Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.
2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.
Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin "Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.
Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
-Xəzər dənizinin dayazlaşması problemi getdikcə daha çox aktuallaşır. Azərbaycan və Qazaxıstan bu məsələdə öz fəaliyyətlərini necə əlaqələndirir?
-Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.
Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır.
Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.
Xəbərin oxunma sayı : 1258
Müsahibə
Xəbərlər
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
-
Özəl məktəblərdə təhsil haqqı 5-45 min manat arasında dəyişir - Siyahı
-
Azərbaycanda gənc kişilər qadınlardan 2,2 dəfə çox ölür - SƏBƏBLƏR
-
PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
-
“Yenidən evlənmək və ana olmaq istəyirəm” - Hadisədən etiraf
-
Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə
-
Bu şəraitdə toyuq kəsirmişlər - Sex bağlandı
-
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı - Paylaşım
-
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
-
“Ərdoğan sonuncu dəfə namizəd olacaq” - Türkiyədə seçkilərin vaxtı açıqlandı
-
Ailədə bir qazi, iki əsgər var - Nəsimi Musayevin atası maraqlı detallar AÇIQLADI
-
DTX-nin saxladığı şəxslərə hökm oxundu - Sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilirlər
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?
-
Kərə yağı ilə bağlı xəbərdarlıq - “İstehsalçılar bu boşluqdan istifadə edir”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Saleh Səmədova hökm oxundu - Keçmiş “ağsaqqal“a 8 il cəza kəsildi
-
Prezident Türkiyənin xarici işlər nazirini qəbul etdi - FOTO
-
Azərbaycanda bankların mənfəəti açıqlanıb - Tam siyahı
-
Mətbuat Şurasının İdarə Heyəti dəyişir - Yeni namizədlərin siyahısı
-
Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar
-
Pakistanda dərs zamanı məktəbin damı çökdü - 32 şagird öldü
-
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - İlham Əliyev
-
“Bal Badem“ vergidən yayınır? - Şirniyyat evi müştərilərindən kartla ödənişi qəbul etmir
-
14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
-
Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib - Tokayev
-
Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - Məhkəmə
-
“Bizi müharibəyə Ermənistan məcbur edib“ - Prezident
-
Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
-
İrana hücum planı sızıb, əməliyyat təxirə düşüb - “Onları güllələmək lazımdır”
-
Azərbaycanda “Rəqəmsal rabitə“ informasiya sistemi yaradılır - SƏRƏNCAM
-
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib - Prezident
-
Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub - Mask
-
“Neft emalı zavodlarına hücumlar bərpa olunacaq“ - Zelenski
-
“Dərnəgül bazarının “Abşeron” TM-ə köçürülməsi qiymətləri aşağı sala bilər” - VİDEO
-
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
-
Azərbaycanlı reper saxlanıldı - Hansı cəza verilə bilər?
-
Naxçıvanda xəstələrin ərzağını məmurlar mənimsəyir - Narazılıq var
-
Beyləqanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - Fotolar
-
“Yelo Bank”ın mənfəəti kəskin azaldı - Şirkətlər pullarını bankdan geri götürür
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı - Yeni qiymət
-
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - Fotolar
-
Hicaba dair qadağanın olduğu məktub saxtadır - Media və Yayım Şurası
-
Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - VİDEO
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib - Zirvə Toplantısında iştirak edəcək
-
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
-
İki xalq arasında dostluq münasibətlərinin yeni mərhələyə yüksəlməsinə mühüm töhfə
-
Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər
-
“Aston Villa”dan darmadağın, “Real”dan geridönüş - ÇL-də gecənin nəticələri
-
Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən Birgə Bəyanat
-
Azərbaycan-Laos münasibətlərini yeni mərhələyə yüksəldə, ölkəmizin Asiya istiqamətində əməkdaşlıq imkanlarını daha da genişləndirə bilər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsrail Prezidenti Azərbaycana gəldi - FOTOLAR
-
Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb - Hesabat
-
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
-
İçkili halda sükan arxasına əyləşdi - Arvadı öldü, oğlu yaralandı
-
Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...
-
Ət bazarında qiymətlər niyə dayanmadan artır? - VİDEO
-
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
-
Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
-
“Azərbaycan ittiham etmək tamamilə əsassızdır“ - Rəsmi Bakıdan Fransaya çağırış
-
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
-
İnsanlar hər ay banklara 240 manat borc ödəyir - Son 6 ildə 2,6 dəfə artıb
-
Böyük Britaniyaya qarşı yönələn təhlükələr dörd dəfə artıb - Kəşfiyyat
-
Sabiq sədrin məhkəməsi: Şahid istintaqdakı ifadəsini təsdiqləmədi
-
Kiyev vuruldu, ABŞ xəbərdar etmədi - Ölənlər və yaralananlar var...
-
Azərbaycanda 47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ
-
“Sabah” qələbəyə görə nə qədər qazanıb? - Klubların siyahısı
-
“300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib“ - Prezident
-
Kirayə mənzillər ucuzlaşdı - Median qiymət açıqlandı
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Maskdan Respublikaçıların seçki kampaniyasına ianə - 366 milyon dollar
-
Azad edilmiş ərazilərin bərpasına 25.5 milyard manat ayrılıb - Prezident
-
Şura İran və Türkiyə ilə bağlı bəyanat verdi - TAM MƏTN
-
“Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır“ - Paşinyan
-
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı - Video
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” - Lukaşenko
-
Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ
-
Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO
-
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edə bilər - “Politico“
-
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi
-
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr
-
“Azərbaycanda hicab qadağan olunmayıb, bu məsələ həll olunacaq...“ - Şeyxdən AÇIQLAMA + VİDEO
-
Azərbaycan-Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsində
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
-
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - Video
-
“44 il əvvəl səfər etdiyim Azərbaycanı çətinliklə tanıdım“ - Laos lideri
-
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb - RƏSMİ
-
“Bu sərmayələr bizim imkanlarımızı göstərir“ - Prezident İlham Əliyev
-
“Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir“ - Donald Tramp
-
Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - Statistika
-
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
-
Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı
-
Azərbaycan-Laos sənədləri mübadilə edildi - FOTOLAR
-
Bu vəziyyətdə 5 ay əlillik təyinatı ilə bağlı cavab gözləyib... – Video
-
Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO
-
Prezidentlər təkbətək görüşdü - FOTOLAR
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
-
Aeroportlar yenə bağlandı - Türkiyədən uçan təyyarələr geri qayıtdı
-
Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq - “The Atlantic“
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 131 dolları ötüb
-
Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO
-
“44“ bədii filminin premyerası oldu - FOTOLAR
-
Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO
-
Paytaxtın bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ
-
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub - Sərəncam
-
Aİ ilə bağlı referendum keçirməyəcəklər - Baş nazir açıqladı
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi - VİDEO
-
Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq? - Azərbaycana gözlənilən qərar
-
Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək
-
Rusiya sentyabrda 50 mindən çox hərbçi itirib? - NATO rəsmisi AÇIQLADI
-
Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
-
Azərbaycanda avtomobil bazarında son vəziyyət açıqlandı - Ən çox bu avtomobillər satılır
-
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov İranın daxili işlər naziri ilə görüşdü – Fotolar
-
TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı
-
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi - 1600-ə yaxın məhdudiyyət tətbiq edildi
TOP 10
ARXİV






