Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ən böyük investisiyalarımızı qardaş Türkiyəyə etməliyik“ - VİDEO

Tarix 22.10.18, 21:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyalar 20 mlrd. dolları ötəcək və bu investisiyalar Türkiyəyə böyük fayda verdiyi kimi Azərbaycana da fayda gətirəcək, Azərbaycan böyük gəlir əldə edəcək.

“Report” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “CNN Türk” kanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyə ayrılmazdır və SOCAR özünü Türkiyədə yad hiss etmir.

R.Abdullayev bildirib ki, 100% dövlətə məxsus olan SOCAR-ın ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir. "Ona görə ən böyük işlərimizi, investisiyalarımızı qardaş Türkiyəyə etməliyik və onu böyük enerji habına çevirməliyik”,- SOCAR prezidenti vurğulayıb.

O xatırladıb ki, 2008-ci ildə SOCAR 2,040 mlrd. dollar ödəyərək özəlləşdirmədə “Petkim”i (51%) alıb və bundan sonra Türkiyədə investisiyalara başlayıb. “Biz “Petkim”i alanda liman inşası, neft emalı zavodunun inşası, böyük təsis yaradılması kimi böyük planlarımız var idi. “Petkim”ə 7-8 ildir ki, hər il 100 milyonlarla dollar investisiya yatırırıq. 2011-ci ildə STAR neft emalı zavodunun tikintisinə başladıq. O zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə zavodun təməlini qoydular və onlar tez zamanda zavodu açacaqlarına inandıqlarını bildirdilər. İndi mən qürur duyuram ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə 7 ildən sonra bu təsisin açılışını həyata keçirir. Bu layihə Türkiyədə tək nöqtəyə ən böyük investisiyadır. Artıq bu layihələrlə Türkiyədə ən böyük xarici investor olmuşuq. STAR işə düşdükdən sonra dövriyyəsi ildə 6-8 mlrd. dollar olacaq və neft məhsullarının idxalında Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq. STAR həm də Türkiyədə sənayenin inkişafında böyük rol oyandı. Təkcə zavodun tikintisi zamanı burada 20 min nəfər çalışıb, 2 700 şirkət işlərə cəlb edilib, ən əsası 2008-ci ildə Əliağada 80 min nəfər yaşayırdısa, bu gün burada 180 min nəfər yaşayır. Burada yeni şəhər yaradılıb. Əliağa indi “Petkim”ə birləşib. Bu, Türkiyənin iqtisadiyyatına, sənayeyə böyük təkan verib”,- SOCAR prezidenti əlavə edib.

O, artıq TANAP-la Türkiyəyə qaz verilməyə başlanıldığını, Avropaya qaz veriləcək hissənin gələn il başa çatdırılmasının nəzərdə tutulduğunu, Egey dənizinin ən dərin limanı “Petlim” limanı layihəsinin həyata keçirildiyini xatırladıb.

SOCAR prezidenti layihələrin bununla bitmədiyini, yeni neft-kimya layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, “Petkim”in Türkiyənin neft-kimya sektorunda bazar payı 25% təşkil edir. “İnvestisiyası 3 mlrd. dollar nəzərdə tutulan Aromatiklər fabrikinin inşası ilə Türkiyənin neft-kimya sektorunda bazar payımız 45%-ə çatacaq”. SOCAR prezidenti bunun Türkiyənin cari kəsirini bir neçə milyard dollar azaldacağını vurğulayıb.

R. Abdullayev bildirib ki, enerji çatışmazlığı yaşayan Türkiyə bu layihələrin həyata keçirilməsi ilə artıq təkcə enerji istifadəçisi deyil, həm də enerji mərkəzinə çevrilir və bu da gələcəkdə enerji xərclərinin azalmasına böyük yardım edəcək.







Xəbərin oxunma sayı : 472




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap