Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

““Nissan“, “Renault“, “Hyundai“, SC-lər... - Satışa çıxarıldı

Tarix 01.07.19, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyulun 30-da keçiriləcək.

AzFakt.com Komitəyə istinadla bildiirr ki, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir.

İnvestorlar "Bərdə Kərpic”, "Azinterservis”, "Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər:

"Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonu, Kərimli kəndində yerləşən "Oğuz Kəndkimya”dır. Aqrokimyəvi xidmət və təchizat üzrə fəaliyyət göstərən müəssisənin ümumi torpaq sahəsi 24 min kv.m, tikili sahəsi isə2,6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir. Özəlləşdirməyə çıxarılmış hər bir səhmdar cəmiyyəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər göstərilən linkə (http://www.privatization.az/index.php/az/component/content/article?id=6176) daxil ola bilər".

Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb:

""Nissan", "Renault", "Hyundai" və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır. Özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələri ilə tanış olmaq və sifariş vermək istəyənlər müvafiq linkə (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri?layout=edit&id=6174 ) daxil ola bilər.

İştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron resursları üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10%-i məbləğində behi ödəmək kifayətdir".



Xəbərin oxunma sayı : 178




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap