Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“İran israrlı müqavimət yolu seçib” –Ruhani ABŞ-ın özünün tədric vəziyyətinə düşdüyünü deyir

Tarix 15.07.18, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ önun ölkəsinə qarşı sanksiya məsələsində daha çox təcrid vəziyyətə düşüb.

Qərb mətbuatının yaydığı xəbərə görə,  məlumata görə, o, iyulun 14-də televiziya ilə çıxışında bildirib ki, İran “israrlı müqavimət” yolunu seçib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu il mayın 8-də, ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.

Həsən Ruhani qeyd edib ki, Birləşmiş Ştatların məntiqi heç bir beynəlxalq təşkilat tərəfindən dəstəklənmir. O bildirib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq İran bütün dünya ilə iqtisadi əlaqələrini inkişaf etdirməkdə davam edir.

Qeyd edək ki, ABŞ-ın bu addımı İran iqtisadiyyatına güclü ziyan vurub,bir çox beynəlxalq şirkətlər bu ölkədən getməli olub, İranın milli valyutası rial son 9 ayda ABŞ dollarına nisbətdə dəyərinin təxminən yarısını itirib.

İranla nüvə sazişindən sonra Tehran nüvə proqramını dayandırıb və əvəzində ona qarşı sanksiyalar aradan qaldırılıb.

Amma qalan 5 ölkə İranla nüvə sazişinə sadiq qaldıqlarını və onunla əməkdaşlığın davam etdiriləcəyini bəyan ediblər.

(Azadlıq.org)



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap