![]() |
|














“İran rejimi artıq tükənməl üzrədir” – “Ən böyük təhlükə İranın əlinə nüvə silahı keçməsidir”
Tarix 22.11.19, 16:37 |
|
706.jpg)
İran İslam Respublikasında (İİR) baş verən etirazları, onun səbəbləri və mümkün nəticlələri ilə bağlı Azərbaycanın İrandakı sabiq səfiri, Ankara Universitetinin professoru Nəsib Nəsibli fikirlərini bölüşüb.
Mövzunun aktuallığını nəzərə alaraq müsahibəni AzFakt.com saytının oxucularına təqdim edirik:
- Nəsib bəy, İrandakı son hadisələr dünya siyasi gündəminin əsas mövzusuna çevrilib. Etirazların vacib səbəbi kimi yanacağın qiymətinin artması göstərilib. Sizin yanaşmanız necədir?
- Yanacağın qiymətinin artması faktdır. Amma qonşu ölkələrlə müqayisə etsək, bu qiymət artımı elə də böyük rəqəmlə ifadə olunmayıb. Məsələn, bu, Türkiyə ilə müqayisədə böyük bahalaşma deyil. Bu mənada insanlar düşünə bilər ki, ucuz yanacağa görə İranda nə oldu belə? Bütün bunlara rəğmən qəzəblənmiş insanlar neçə gündür meydanlardadır, bank binalarını, dövlət idarələrini dağıdırlar. Son məlumatlarda ən azı 106 nəfərin öldürüldüyü və minlərlə adamın saxlanıldığı bildirilir. Sual yaranır, bu hadisələrin arxasında nə dayanır? Yuvarlaq şəkildə söyləsək, 40 ildir mövcud olan və ötən dövrdə özünü yeniləşdirə bilməyən rejim artıq tükənmək üzrədir. Yenə də rejim “İstiqlal”, “Azadi”, “Cümhuriyye İslami!” deyir. İnsanlar da bu sözlərdən beziblər, yorulublar. Başqa sözlə, siyasi islam olaraq dövlət ideologiyası artıq iflas edib və cəzbediciliyini itirib. Dövlət ancaq öz varlığını polis və ya SEPAH-ın vasitəsilə qoruya bilir. İnsanlar da bu durumda çox sıxılırlar, vəziyyət çox gərginləşir. Əlbəttə ki, tək səbəb rejimin effektiv işləməməsi deyil, müxtəlif daxili və xarici amillər də var. - XXI əsr başladıqdan bəri qonşu ölkədə müxtəlif səbəblərdən etiraz aksiyaları keçirilib, bunlar seçkilərlə, türklərin mətbuatda təhqir olunması ilə bağlı olub. Amma teokratik rejim bunların qarşısını alıbsa, oxşar situasiya təkrarlanacaqmı?
- Bu barədə konkret iddia irəli sürmək doğru olmaz. Heç kəs bir ay, yaxud bir il sonranın dəqiq proqnozunu verə bilməz. Hər halda indiki durum İranda gözlə görünən gərginliyin olduğunu göstərir və bunun göstəricilərindən biri də ən azı 106 adamın öldürülməsidir. İran rejimi son illərdə dəfələrlə belə iğtişaşların qarşısını almağa çalışdı və buna da nail oldu. Ancaq bunlar, bu xəbərdarlıqlar İran siyasətinin dəyişdirilməsi üçün səbəb olmadı. İran teokratik rejimi daxilən təzələnə bilmədi, müasir dönəmin gerçəklərinə ayaq uydura bilmədi. Yenə də 40 il əvvəlki şüarlar təkrarlanır, siyasi qaydalar davam edir. - Ancaq əvvəlki etiraz dalğalarında da prezidentlərlə Ali Dini rəhbərin yanaşmaları haçalanıb. Bu, hətta Rəfsancaninin, Hatəminin, Əhmednejadın və indiki prezident Ruhaninin prezidentliyi zamanı özünü büruzə verir. Siz bu fikirləri bölüşürsünüzmü?
- Azərbaycanda bu məsələyə liberal-demokrat, yaxud liberal-mühafizəkar cinahlar kimi qiymət verirlər. Məncə, elə deyil, Ruhani, Hatəmi, islahatçı dedikləriniz bir az yumşaq siyasətin, XXI əsrin şərtləri ilə hərəkət etməyin və Qərb ölkələri ilə “dil tapmağın” tərəfdarlarıdır. Qarşı tərəf isə qatı ideoloji xətt götürüb. Deyir ki, heç nə dəyişməyəcək, bu cür də qalacaq. Bu iki cinah arasında elə də prinsipial fərq görmürəm. Bu, bir az yumşaq, bir az sərt münasibət məsələsi deyil. İrandakı rejimin mahiyyətinin köklü şəkildə dəyişməsi tələb olunur. Əgər İrandakı dövlət öz varlığını bir müddət qorumaq istəyirsə, artıq son illərin təcrübəsi xəbərdarlıq edir ki, rejim öz mahiyyətində ciddi dəyişikliklər etməlidir. – Sual yaranır, teokratik, dini rejimdə dəyişikliklər hansı formada ola bilər?
- Sovet İttifaqında da kommunist rejim vardı. Teokratik olmasa da, hər halda kommunist rejimlər ən mühafizəkar rejimlərdən biri hesab olunur. Sovet Sosialist Respublikaları İttifaqının konstitusiyasının 6-cı maddəsini çıxartmaq elə də asan olmadı. O zaman da deyirdilər ki, biz prinsiplərimizdən əl çəkməyəcəyik, qanunda nə yazılıbsa, əsası necə qoyulubsa o cür də davam edəcəyik. Amma gördük ki, islahatlar o sürətlə getmədiyindən “şər imperiyası” deyilən SSRİ çökdü. İran İslam Respublikası da onun kimi. Hətta teokratik rejimin həyatını müəyyən edən prinsipial məsələlərdə belə dəyişiklik etmək zərurəti yaranıb. Nə qədər tez bu zərurəti dərk etsələr, İran cəmiyyəti o qədər tez rahatlana bilər. - Sualımı bir qədər də konkretləşdirim, İranda ən son sözü Ali Dini lider Xamneyi deyir, prezidentin səlahiyyəti o qədər də yoxdur. Belə olduğu təqdirdə, necə dəyişiklik ola bilər?
- Elə Sovet konstitusiyasının 6-cı maddəsi də İran Ana Yasasındakı Vlayəti-Fəqih prinsipinə təxminən uyğun gəlir. 6-cı maddədə deyilirdi ki, Kommunist Partiyası rəhbər qüvvədir və bütün qərarlar onun təsdiqindən sonra həyata keçirilə bilər. Eyni səlahiyyəti İran Ana Yasası Vilayəti-Fəqihə verir. Bir zamanlar hətta prezident də uyğun tələblərə qoşulmuşdu. İranda referendum keçirilsin, xalqın rəyi soruşulsun ki, Vlayəti-Fəqih qalsın, yoxsa getsin. Təbii, Xamneyi təklifin əleyhinə çıxdı. Nə qədər Xamneyi sağdır, görünən odur ki, bu adam rahat yerindən əl çəkmək istəməyəcək. Amma onun səhhəti çox da yaxşı deyil. Mətbuat dəfələrlə yazıb. Bəlkə Xamneyinin siyasi səhnəni tərk etməsindən sonra Vlayəti-Fəqih institutu götürülə bildi. Əgər bu institut götürülsə, İran cəmiyyətində reformalar başlaya bilər, bir az rahatlanma olar. - Dəfələrlə xarici və daxili mətbuat Xamneyinin səhhətinin ağır olduğu haqda informasiyalar yayıb, elə bundan sonra da, o, televiziyalar qarşısına keçərək hər şeyin normal olduğunu göstərib.
- Bəli, doğrudur, amma hansı lider özünün xəstə olduğunu deyər ki?! Bütün liderlər sağlıq durumunun yerində olduğunu söyləyirlər. Amma bir gün qəfildən öldüyünü eşidirik, özəlliklə bu, diktatorlara aiddir. - Siz Xamneyinin siyasi səhnəni tərk edəcəyi halda dəyişikliyin başlanacağına işarə vurdunuz, amma mühafizəkarlar yalnız ondan ibarət deyil, böyük imkanlara malik qüvvədirlər...
- Şübhəsiz. Quzey Azərbaycanda belə əhval-ruhiyyə yaranıb ki, sabah da olmasa, birisi gün İranda hər şey dəyişəcək. Mən bu yanaşmanın əleyhinəyəm, struktur dəyişmələri olmadığından bu ehtimalı düşünmək belə ifrat cürətkarlıq olar. Hətta bəziləri deyir ki, İran siyasəti metastaz dövrünü yaşayır. Hardadır o metastaz? Polis, ordu, SEPAH yerindədir. İqtisadi vəziyyət çətinləşsə də, repressiv rejim etirazçılara sərt tədbirlərlə cavab verir. Mühafizəkar qüvvələrin hələ güclü olduğu şübhəsizdir, onların dağılması haqqında fikir söyləmək doğru olmaz. Ancaq onu da unutmayaq ki, Sovet rejiminin sonlarında da SSRİ-nin dağılmasını kimsə təsəvvür edə bilməzdi, bununla belə, imperiya çökdü. Dünyanın yarısına nəzarət edən, digər yarısına iddialı olan bir dövlət gözümüzün önündə çökdü. İranda da elə bir ehtimal mümkündür. Mühafizəkar qüvvələrin özünün içində də meyl yarana bilər, bu gün belə bəzi ideoloqlar fərqli fikirlər söyləyirlər. Valayəti-Fəqihlə prezident arasındakı münasibət də onun əlamətidir. Ancaq İranda tam dərin, ümumi böhran halı hələ ki görünmür. - O zaman İran SSRİ-nin hansı mərhələsini yaşayır? - Çətin müqayisədir. SSRİ-də dəyişiklik əvvəl iqtisadiyyatda başladı, sonra yenidənqurma, ardınca aşkarlıq və s. Bu gün İranda da bu məsələlər müzakirə olunur, amma SSRİ-dəki kimi açıq müzakirə keçirilmir.
- Əksəriyyət ABŞ-ın sanksiyalarının indiki etirazları yaratdığını deyir, siz bu yanaşmanı bölüşürsünüzmü?
- Əlbəttə, bu yanaşmanı kənara qoymaq doğru deyil. ABŞ-ın sanksiyaları işləyir. İran iqtisadiyyatı əsasən neft-qaz sənayesinə, ölkə ixracatı xam neft ixracatına əsaslanır. Başqa iqtisadi sahələr o qədər də inkişaf etməyib. Hətta neftayırma potensialı İranın ehtiyacını belə ödəyə bilmir və yanacaq məhsulları xarici ölkələrdən gətirilir. Hazırda İranın dünya bazarına neft ixracı ən azı 8-10 dəfə azalıb. Bu, İran iqtisadiyyatında çox ciddi gərginlik yaradır. 40 il əvvəl Xomeyni rejimi qurulanda bir prinsip irəli sürdülər. Dedilər ki, özü-özünə yetər (‘xodkəfayi’) iqtisadiyyat quracaqlar. 40 il keçdi, məlum oldu ki, 80 milyon əhalisi olan ölkəni daxili zəruri mallarla təmin etmək mümkün deyil. Müasir dünyada artıq bu yanaşma ciddi qəbul olunmur. O zaman ciddi iqtisadçılar basqı etsələr də, hakimiyyət israrla dedi ki, xaricdən təzyiqlərin rolunu azaltmaq üçün hər şeyi özümüz təmin edəcəyik. Bilirsiniz, neft gəlirləri adlı çox təhlükəli silah var. Bu, hər şeyi alt-üst edir. Şah rejiminin yıxılması da neft gəlirləri ilə bağlı idi, elə Yaxın Şərqdəki indiki proseslərdə də bu amilin rolu danılmazdır. Qeyri-demokratik rejimlərin əlində cəmlənən neft gəlirləri həm də haram gəlirdir. Çünki neft gəlirləri milli gəlirin bərabər və ədalətli paylaşmasına mane olur, nəticədə sosial gərginlik yaşanır. İmkanlarla iddialar arasında böyük fərq yaranır. Yəni bu ölkələrin əksəriyyəti öz neftini özü istehsal edə bilmir, xarici neft şirkətləri çıxardırlar. Amma bu dövlətlərin iddiaları çox böyük olur. Bu cür düzənsizlik İran da daxil Yaxın Şərqin hər yerində var. Baxın, İran, Livan, Suriya və İraqdakı əlaltı qüvvələrinin fəaliyyətini maliyyələşdirmək üçün nə qədər vəsait xərcləyir. - İrana münasibətdə region dövlətlərinin yanaşması müxtəlifdir, Rusiya, Türkiyə, Ermənistan dostluq, tərəfdaşlıq əlaqələri saxlayır, Azərbaycan dostluq desə də, ehtiyatlıdır. Avropa Birliyi ABŞ-ın sanksiyalarını tam dəstəkləmir. Bu mənzərə barədə nə deyə bilərsiniz?
- Əlbəttə, hamısı Amerikanın mövqeyini dəstəkləmir, səbəblər müxtəlifdir. Birinci, İran 80 milyon əhalisi olan ölkədir, çox böyük təbii neft-qaz ehtiyatlarına malikdir, həm də böyük bazardır. Belə bir dövlətlə hər bir ölkə iqtisadi və ticarət əlaqələri qurmağı arzu edir. Amerikanın mövqeyini bəyənməyən, yaxud fərqli mövqe tutan ölkələrin Vaşinqtonun siyasətinin arxasınca getməməsi çox təbiidir. Nəticəyə gəldikdə, İranın nüvə proqramı məsələsini önə çəkən Amerika, siyasətini davam etdirəcək. Artıq Vaşinqton sanksiyaların işlədiyini görür. İran İslam rejimi də xalqı böyük çətinliklər qarşısında qoyub, xalq da bu siyasətin nəticəsini görür. Bu, davam edəcək. Avropa Birliyi də bəzi sanksiyalara qoşulub. Ola bilsin ki, Brüssell Vaşinqtonun sərt xəttinə qatılsın. - Rusiya prezidenti Putin bir müddət əvvəl “yanğınsöndürən olmaq istəmirik” deyə bildirmişdi. Bu mənada Kremldən hansı gözləntiniz var?
- Ümumiyyətlə, ABŞ-ın qarşısında hansı dövlət dayanırsa, Rusiya Federasiyası özünə nəsə əldə etmək, yaxud elə bir mənzərə yaratmaq istəyir, bu, anlaşılandır. Çünki Rusiyanın regionla bağlı böyük iddiaları var. Onillərlə İranla düşmən olan Rusiya indi onun strateji müttəfiqinə çevrilib, ən azından sözdə belə deyir. Ancaq hər ikisi də bu müttəfiqliyin hər zaman dəyişə biləcəyini də bilir. Ən azından ona görə ki, böyük güclər arasında razılıq, alış-veriliş olduğu halda, İran kimi amil qurban verilə bilər. İranın yüksək rütbəli məmurları da bu təhlükəni dilə gətiriblər. Ancaq Rusiyanın İranı müdafiə etməsinin bir məntiqi var. Bu, onun anti-amerikan siyasətindən doğur.
- Siz İranın qurban verilməsi ifadəsini işlətdiniz. Azərbaycan bu prosesə hazırdırmı?
- Azərbaycandan İranın taleyinin necə olacağını soruşmurlar ki?! İranın gələcəyi bir çox amildən asılıdır, onlardan birisi mövcud rejimin nə qədər gerçəkçi olacağı, ikincisi, Amerikanın bu məsələdə nə qədər qərarlı və qətiyyətli olacağı, üçüncüsü, diğər güc mərkəzlərinin Tehranı necə və hansı şəkildə müdafiə edəcəyi, yaxud müdafiəsiz buraxacağıdır. Azərbaycan şübhəsiz ki, İrandakı prosesləri diqqətlə izləməli, soydaşlarımızın taleyini göz önünə almalıdır. Amma ondan asılı olmayan məsələdə aktivlik göstərməyin də bir anlamı yoxdur. Ondan da önəmli bir başqa məsələ: Azərbaycan Respublikası üçün ən böyük təhlükə Azərbaycan və türklük düşməni olan İrandakı rejimin əlinə nüvə silahının keçməsidir.
(meydan.tv)
Xəbərin oxunma sayı : 595
Müsahibə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV