Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Ərdoğanla dostluğum NATO-nu xilas etdi“ - Stoltenberq

Tarix 22.10.25, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


NATO-nun sabiq baş katibi Yens Stoltenberq yeni kitabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla illər ərzində formalaşan yaxın münasibətlərinin ittifaqın parçalanmasının qarşısını aldığını etiraf edib.

Stoltenberq bu barədə "CNN"-in “Amanpour” proqramında danışıb.

O, yeni “On My Watch” adlı kitabında NATO daxilindəki ən gərgin dövrlərdə Ərdoğanla birbaşa əlaqənin böhranların həllinə mühüm təsir göstərdiyini qeyd edib:“Ərdoğanla birbaşa ünsiyyət qurmaq bir çox böhranı aradan qaldırdı. Türkiyə olmadan NATO birliyini qorumaq mümkün olmazdı".

Kitabda 2015-ci ildə Türkiyənin Rusiya qırıcı təyyarəsini vurması ilə başlayan gərginlik ayrıca yer tutur. Stoltenberq yazır ki, bu hadisə NATO daxilində ciddi fikir ayrılığına səbəb olub:“Kənara qarşı Türkiyəni dəstəklədiyimizi bəyan etsək də, ittifaq daxilində fikir ayrılığı dərin idi. Fransa və İtaliya açıq dəstəyə qarşı çıxırdı, Almaniya isə ehtiyatlı mövqe tuturdu".

Hadisədən dərhal sonra Rusiyanın Suriya sahillərinə “Moskva” hərbi gəmisini yerləşdirdiyini, Avropada isə panika yarandığını qeyd edən Stoltenberq bu hadisəni “ittifaq üçün dönüş nöqtəsi” adlandırıb.

Stoltenberq 2019-cu ildə Ankarada baş tutan görüşdə Ərdoğanın sərgilədiyi mövqeni belə xatırlayır:“Ərdoğan dedi ki, biz kürdlərə qarşı deyilik. Bizim qarşımızda olan silahlı qrup – YPG-dir və onlar terrorçudurlar. DEAŞ-la mübarizə aparmaları onları az terrorçu etmir".

Stoltenberq əlavə edib ki, həmin görüşdə Ərdoğan faktları və videoları iPad vasitəsilə şəxsən təqdim edərək mövqeyini əsaslandırıb.

Sabiq baş katibin sözlərinə görə, 2019-cu ildə Fransa Prezidenti Emmanuel Makronun “NATO-nun beyin ölümü baş verib” açıqlaması ittifaq daxilində yeni gərginlik yaradıb.

Trampın Makronu sərt tənqid etdiyini xatırladan Stoltenberq, “Ərdoğan və Makron bir-birinin ideal düşməninə çevrilmişdi” deyə yazır.

2022-ci ilin mayında Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü veto etməsi Stoltenberqi yeni sınaqla üz-üzə qoydu.

O, həmin görüşləri belə təsvir edir:“Ərdoğana ‘bir şey istəyirsinizmi – qəhvə, sendviç?’ deyə soruşdum. O, gülümsəyərək cavab verdi ki, mən o qədər ucuz deyiləm”.

Sonrakı danışıqlardan sonra razılaşma əldə olundu və İsveçlə Finlandiyanın NATO-ya qəbul prosesi başa çatdı.

Kitabda Stoltenberq Ərdoğanla münasibətlərinə yekun olaraq yazır:“Onu tanıyıram. O, Türkiyənin ittifaq daxilində layiqincə təqdir edilməsini istəyir. Bu, onun üçün əsas məsələdir".



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap