Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Ürəyim burdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılır“ - Juninyo

Tarix 15.01.25, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ”dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, Braziliyanın “Flamenqo” klubuna transfer olunan 28 yaşlı hücumçu “Qarabağ” azarkeşlərinə təşəkkür edib:

“Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşə mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. “Qarabağ”da olduğum illər həyatımın ən gözəl dönəmi idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu.

Amma ürəyim burdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılır. Hər bir oyun, hər bir fürsət üçün mənə göstərdiyiniz diqqət və qayğı üçün sizlərə təşəkkür edirəm. Gələcəkdə “Qarabağ”a böyük uğurlar arzulayıram. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq”.

2023-cü ilin yayından “Qarabağ”ın şərəfini qoruyan Juninyo “Flamenqo” ilə 3 illik müqavilə imzalayıb.



Xəbərin oxunma sayı : 1933




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap