Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq” – Nazir nikbin açıqlama

Tarix 10.12.18, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək”. 

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən beynəlxalq forumda deyib.

Nazirin sözlərinə görə, bununla məhsudarlığın artırılmasına nail olmaq mümkün olacaq. Qeyd edib ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına gətirib çıxaracaq.
İ.Kərimov bildirib ki, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı istiqamətidir və son illərdə bu sahədə nəzərəçarpan nəticələr əldə olunub: “Buna misal olaraq cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının 4,3 faiz artdığını göstərmək olar. Bundan başqa, Azərbaycan bu gün aqrar məhsulların ixracatçısına çevrilib”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.



Xəbərin oxunma sayı : 400




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap