|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Əsas işimiz tərbiyəsiz, abırsız adamlardan özümüzü qorumaqdır” - Qulu Məhərrəmli
Tarix 03.08.19, 16:45 |
|
“Kimliyindən asılı olmayaraq, hər kəs bu dildə doğrunu, dürüstü danışmalı, əxlaqlı, vicdanlı və tərbiyəli olmalıdır”
Avqustun 1-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Azərbaycan Milli Kinosu Gününə həsr olunmuş tədbir keçirildi. Qurumun rəhbəri Rüstəm İbrahimbəyovun da qatıldığı tədbirlə bağlı professor Qulu Məhərrəmlinin sosial şəbəkədəki nikbin notlar üzərində köklənmiş paylaşımı diqqət çəkdi. Müsahibimizdən əvvəlcə kino mövzusu ilə bağlı danışdıq, ardınca digər məsələlərə keçid elədik.
- Qulu müəllim, sizi Milli Kino günü ilə bağlı tədbirdə gördük. Yəqin Rüstəm İbrahimbəyovla da ayrıca görüşünüz olub. Nələrdən danışdınız?
- Çox dərin görüşümüz olmadı. Kino günü qeyd olunurdu, xeyli kino adamları ordaydı. Mən Kino İttifaqının üzvüyəm və üzv olaraq həmin tədbirə qatılmışdım. Azərbaycanda kino işçisinə, kinonun dirçəlişinə belə bir ümid var və buna görə də çox sevinirəm. Ümid var kinonun dirçələcəyinə. Ümid dövlətin bu işə qayğısından yaranır. Yəni açıq-aydın hiss olunur ki, kino adamlarına qayğı göstərilir, bunların əməyi qiymətləndirilir. Ümid burdan qaynaqlanır.
- Bir vaxtlar Kinematoqrafiya İttifaqı parçalandı, hökumətyönlü, müxalifətyönlü qurumlar yarandı. Yuxarıda dediniz ki, kino adamları bir yerdəydi. Yəni artıq bu qurumlar da bir yerdə fəaliyyətə qərar verib?
- Yox. Mən kimin hansı cəbhədə olmağını dəqiq bilmirəm. Amma mənim üçün kinonun rəmzi olan adamlar var. Tutaq ki, Rasim Balayevdir, katib Cəmil Fərəcovdur. Bunların bir yerdə olmasını nəzərdə tuturam. Gəncləri burada çox gördüm, həm aktyorlar, həm ssenaristləri. O yerdə ki, intriqa var, orda iş olmayacaq. O yerdə ki, birlik, həmrəylik var, millətin problemlərinə birgə baxış var, orda ümid etmək olar ki, nəsə bir şey yaratmaq mümkündür.
- Rüstəm İbrahimbəyov planları ilə bağlı nələrsə danışdımı?
- Xeyr. O dərəcədə imkan olmadı. Çünki tədbir çox qısa keçirildi və mükafatlandırma oldu, kino işçilərini təbrik etdilər. Rüstəm İbrahimbəyov özü çıxış etmədi. Amma bundan 2-3 həftə əvvəl həmin təşkilatın konfransı keçirildi, nizamnaməsi müzakirə olundu. Yəni olan yeniliklər bunlardır. Başqalarını deyə bilmərəm, mən bu ölkədə kino işinin canlanmasını, yaradıcı adamların bir yerdə olmasını, intriqadan uzaq qalmalarını çox arzulayıram. Arzu edirəm ki, nəhayət, bu ölkədə kino əlaqələri dirçəlsin, bərpa olunsun, gözəl filmlər çəkilsin.
- Heç olmasa tədbirdə Rüstəm İbrahimbəyovun yeni filmi ilə bağlı anons oldumu?
“Mətbuat şəxsi haqq-hesab çəkmək vasitəsi deyil”
- Yox. Bununla bağlı bir söhbət eşitmədim. Amma onu bilirəm ki, Rüstəm İbrahimbəyov həmişə harda olubsa - istər Azərbaycanda, istər xaricdə - onun kino işləri davam edib. Çünki dünya miqyasında tanınan, kino anlayışını özündə ehtiva edən bir insandır. Əlbəttə ki, onun yaradıcılığı çoxşaxəlidir, genişdir. Təkcə Azərbaycanda yox, Moldovada, Gürcüstanda, Rusiyada, ABŞ-da tanınır.
- Amma son çəkdiyi film böyük qalmaqala səbəb oldu, birmənalı qarşılanmadı...
- Bunlar ona qarşı xüsusi təşkil olunmuş hücumlar idi, mən onu bölüşmürəm və müzakirəni təzədən açmaq istəmirəm. Əlbəttə, bir filmin gözəl keyfiyyətləri, məziyyətləri də, qüsurları da ola bilir, onlar da tənqid edilməlidir. Amma bunu qərəzə, kampaniyaya çevirmək təkcə kino işinə yox, ümumiyyətlə, yaradıcı insanlara, kino prosesinə öz mənfi təsirini göstərir.
- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur və sizin də bununla bağlı sosial şəbəkədəki statusunuzu gördüm. Paytaxtda, obyektlərin üzərindəki əcnəbi dillərdə yazılanlar, qoyulan adlar sizi dilçi alim olaraq yəqin ki, narahat edir.
- Bəli, bu məsələ məni narahat edir. Pis-yaxşı son illərdə bizim ana dilinin işlənməsi sahəsində müəyyən fəaliyyətlərimiz var. Hesab edirəm ki, dövlətin qəbul etdiyi sənədləri biz layiqincə gerçəkləşdirə bilsək, Azərbaycan dilinin işlənməsi ilə bağlı bir çox problemləri həll edə bilərik. Hesab edirəm ki, dil məsələsi istənilən millətin varlığıdır, onun ruhunun ifadəsidir. Ona görə də biz dil daşıyıcıları kimi bu dilə sevgi ilə yanaşmalıyıq. Təkcə mediada deyil, küçə yazılarında-filanda da qaydalara uyğun olmasını təmin etməliyik. Mən çox təəssüflənirəm ki, jurnalistlər bu işdə nisbətən zəif iştirak edirlər. Bu məsələlərə daha ciddi, daha davamlı diqqət yetirilməlidir. Təkcə 2013-cü ildə qəbul olunmuş dilin işlənməsi ilə Dövlət Proqramından irəli gələn vəzifələri həll etmək üçün medianın xüsusi kompaniyası olmalıdır. Hesab edirəm ki, bu dildə danışan insanlar, ana dilinin hörmətini, nüfuzunu, statusunu qorumaq üçün çox şey etməlidirlər. Medianın üzərinə də çox böyük işlər düşür.
- Qulu müəllim, sanki son zamanlar Azərbaycan dilindən daha çox xoşməramlı ünsiyyət vasitəsi kimi deyil, əksinə, sərt, vulqar ifadələrlə qurşaqdan aşağı zərbə endirmək vasitəsi olaraq istifadə edilməsinə üstünlük verilir. Bu, bizim müşahidəmizdir, bəs, siz bununla bağlı nələr düşünürsünüz? Mənzərədən narahatsınızmı?
- Mən sizinlə razıyam. İnsanlar anlamalıdır ki, leksik lay həm də düşüncənin ifadəsidir. Dil insanlara xoşgörü üçün, dialoq üçün, fikirlərini anlatmaq üçün verilir. Dil insanlara qışqırmaq, kimisə təhqir etmək üçün verilmir. Yəni dilin əsas işi insanlar arasında ünsiyyət vasitəsidir. Bu ünsiyyət gözəl, xoşgörü olmalıdır. Dilin daşıyıcıları bunu nəzərə almalıdırlar. Biz dilimizi məyus etməməliyik. Biz dilimizi gözəl sözlərlə, gözəl intonasiyalarla, gözəl danışıqla və gözəl normalarla işlətməklə onu sevindirməliyik. Təəssüf edirəm və sizinlə razıyam ki, bu gün dilin intonasiyası da dəyişir, insanlar bir-birinə çox xoş olmayan tərzdə müraciət edir və bunlar əlbəttə ki, qəbulolunmazdır. Bunların da hamısı hesab edirəm ki, təfəkkürlə, əxlaqla, düşüncə ilə bağlıdır. Biz əxlaqımıza da diqqət yetirməliyik, düşüncəmizə də, dilimizə, danışığımıza da. Bu dil dünyanın ən gözəl dillərindən biridir, unutmayaq!
- Təəssüf ki, Qulu Məhərrəmli kimi təmkinli elm adamı da bəzən çərçivələri aşıb sərt ifadələri dilinə gətirməyə meyllənir...
- Bizim əsas işimiz tərbiyəsiz, abırsız adamlardan özümüzü qorumaqdır. Bunun üçün ən minimum formalardan istifadə etməliyik. Biz o cür danışan adamları qəbul etməli deyilik. Bilirsiniz, topu yerə vurursan, zərbəyə uyğun reaksiya verir. Kimliyindən asılı olmayaraq, hər kəs bu dildə doğrunu, dürüstü danışmalı, əxlaqlı, vicdanlı və tərbiyəli olmalıdır. Dili bu işdə alət etmək olmaz.
- Fikrimcə, Azərbaycan dilinin incəlikləri hətta ən kəskin mövqedə olan adamı çay masası arxasında “ram” edib, normal polemika aparmağa, məsələlərin “sülh” yolu ilə həllinə imkan verir. Nədən bu variantdan istifadə olunmasın?
- Şəxsən mənim heç kimlə problemim yoxdur, səmimi deyirəm. Ağıllı, düşüncəli adamlarla da fikirlərimizi çox rahat şəkildə bölüşürük. O şey ki, islah oluna bilər, düşüncəyə yaxındır, o şey ki, ümumiyyətlə, norma deyilən bir həddə var, orda əlbəttə, dialoq çox vacibdir. Bir də var ki, məsələn, siz bir aləti işlədirsiniz, sonra onu itiləmək, əl gəzdirmək olur. Bir də var o alət ümumiyyətlə, sıradan çıxır, ondan yeni alət düzəltməyin heç bir faydası yoxdur. Çünki o, artıq itirilib, sıradan çıxıb. Ona görə o cür alətlərlə bizim işimiz yoxdur.
- Xüsusilə media nümayəndələrinin bir-birinə qarşı çıxması, savaş açması ağrılı mənzərə deyilmi?
- Ümumiyyətlə, intriqalar cəmiyyəti zəiflədir, ictimai əxlaqı pozur. Üstəgəl, bu işlə ədəbsiz və böhtan şəklində məşğul olursansa, əlbəttə ki, bu, insanların enerjisini aparır. Mənim elə bir problemim yoxdur, amma elə situasiyalar olur ki, orda biz ancaq abrımızı və ləyaqətimizi qorumalıyıq. Kimlərsə o həddi nə dərəcədə keçib, özü bilər. Mən hesab edirəm ki, mətbuat şəxsi haqq-hesab çəkmək vasitəsi deyil. Biz ədəbli, nəzakətli olmalıyıq və tərbiyəmizi göstərməliyik. Həddən keçiləndə həmişə eybəcər mənzərə alınır. Əgər kimsə düşünürsə ki, bu addım effektlidir, tamamilə yanlış və mənasız yanaşmadır.
- AzTV-dəki yeniliklərdən çox danışılır. Vaxtilə siz də bu kanalda çalışmışınız. Yeniliklər diqqətinizi çəkirmi, verilişləri izləyirsinizmi?
- Arada baxıram. Əlbəttə ki, dəyişiklikləri də görürəm, təqdir edirəm. Hesab edirəm ki, hər bir işin başında onun peşəkarı dayanmalıdır, mütəxəssis dayanmalıdır. Yaxşıya yaxşı demək, pisi də tənqid etmək lazımdır. Əlbəttə, gedən prosesləri görürəm. Buna görə də ora yeni adamlar, peşəkarlar dəvət olunub. Bunu təqdir eləmişəm, münasibətimi bildirmişəm.
- Təcrübəli şəxslərin, bizim tanıdığımız çox məşhur simaların bu gün dövlət televiziyasında bir arada olması nostalji hisslər yaradır. Siz özünüzü o sırada görürsünüzmü? Dəvət olunmusunuzmu?
- Mənim elə bir problemim yoxdur. Nə dəvət ediblər, nə də düşüncəmdə elə bir şey yoxdur. Televiziyada vaxtilə gördüyümüz insanlar var, xüsusilə bizim də uşaqlıq, gənclik dövrümüzün diktorları, onlar təkcə nostalji yaratmır, bunlar yaddaşdır. Bunlar televiziyanın yaddaşıdır. Bunlar bizim görüntü sənətimizin, audivizial sənətimizin yaddaşıdır. Onlara nə qədər hörmət olunursa, hörmət edən adamın özü də bir o qədər hörmətli olur. Heç kimin əməyini yerə vurmaq olmaz. Onlar ömürlərini burda veriblər. Mən dünən jurnalları vərəqləyirdim, “Oqonyok” jurnalında vaxtilə yazım çıxıb, AzTV haqqında, o cümlədən Roza Tağıyeva və Dilarə Səlim haqqında materiallar yazmışam. Çox qəribə duyğular yaratdı. Bu adamlar efirin yaddaşıdır, bizim yaddaşımızdır. Bunlar hər halda dilin, mədəniyyətin göstəricisi kimidir. Ona görə mən onlara yaxşı münasibət göstərilməsini təqdir edirəm, alqışlayıram. Televiziya inkişaf etməlidir. Bu, dinamik bir sahədir və proseslər getməlidir. Fundamental, əsaslı, mahiyyəti ifadə edən dəyişiklikləri biz alqışlayırıq və belə olanda onu təbii ki, dəstəkləyirik.
- Sizə müəllif verilişinə rəhbərlik etmək dəvəti gəlsə, qəbul edərdinizmi?
- İndi mənim GünAZTV-də demək olar ki, müəllif verilişimdir. “Mətbuat aynasında” proqramım var, çox gözəl formada gedir, bəyənilir, peyk televiziyası ilə yayılır və kifayət qədər də baxılır. Digər kanalda verilişimin olması ilə bağlı xüsusi ehtiyac hiss eləmirəm.
- Qulu müəllim, vaxtilə sizin Fətulla Gülənlə görüşünüz, əlaqəniz barədə yazılar, ittihamlar var idi. Bu günlərdə yenidən həmin ittihamlar dövriyyədədir...
- Allah səni saxlasın, mən jurnalistəm, dünyanın çox görkəmli adamları ilə görüşmüşəm də, müsahibə də almışam. Heydər Əliyevdən başlamış, Tetçerə qədər. Mənim işim görüşməkdir, müsahibə almaqdır. Özü də dünəni niyə dövriyyəyə salırlar? Gülənlə bağlı bizim görkəmli şəxsiyyətlərimiz o qədər fərqli sözlər deyiblər ki... O vaxt biz onu Türkiyə dövlətinin təmsilçisi kimi tanıyırdıq və onun burda açdığı məktəblər də çox səmərəli fəaliyyət göstərirdi. Bu cəfəngiyatları, bunları böhtan şəklində demək ən aşağı səviyyəli adamın işidir. Yəni mən bu tərzi qəbul etmirəm. Bunlar hamısı mənasız, yüz dəfələrlə fırladılmış əhəmiyyətsiz bir şeylərdir.
- İndi yəqin Gülənlə görüş fürsəti yaransa, görüşməzsiniz, eləmi?
- Bu dəqiqə vacib işlərimiz var. Əlbəttə, bu gün dünyada sözü, səsi olan istənilən siyasətçi, mədəniyyət adamı, ilahiyyatçı, ictimai xadimlə görüşmək istəyimiz var. O şeydən ki danışılır, böhtan və şantaj kimi istifadə olunur, bunlar hamısı boş və mənasız şeylərdir, cəfəngiyyatdır. Təfəkkürü qurumuş adamlar bundan belə vasitə kimi istifadə edir.
- İllər öncə bizə müsahibənizdə demişdiniz ki, maraqlı diktatorlar var, onlarla görüşmək istərdim. İndi həmin diktatorlar heç həyatda yoxdurlar, nəinki hakimiyyətdə. İndi kimlərlə görüşmək istərdiniz?
- Həmin diktatorların bir qismi özü ölüb, bir qismini də xalq axırına çıxıb. Ona görə də bilmirəm heç dünyada diktator qalıb, ya yox? Diktator da bir mənzərədir də. Elə ölkələr var, məsələn, Şərq ölkələri, bunlar bu düşüncə ilə cəmiyyəti irəli aparmaq istəyir. Dünyada başqa meyllər, tendensiyalar var. İndi iqtisadiyyat ön plana keçib. Görüşə gəldikdə, bu yayın istisində heç kimlə görüşmək ağlıma gəlmir... (Gülür) (Yeni Müsavat)
Xəbərin oxunma sayı : 352
Müsahibə
Xəbərlər
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
TOP 10
ARXİV