Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Əsas təhdid Çin, Rusiya, İran və...” - Kəşfiyyat direktorundan şok açıqlama

Tarix 30.11.21, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


“Əsas təhdid Çin, Rusiya, İran və...” -  Kəşfiyyat direktorundan şok açıqlama

İngiltərəyə ən böyük milli təhlükəsizlik təhdidləri Çin, Rusiya, İran və beynəlxalq terrorizmdəndir.

Reyting.az xəbər verir ki, bunu İngiltərənin xarici kəşfiyyat xidmətinin (MI6) direktoru Riçard Moore deyib.

Riçard Moore əlavə edib ki, “Böyük dördlük” adlandırdığı bu təhlükələrlə mübarizə Qərb ölkələrinin kəşfiyyat xidmətləri üçün prioritetdir.

“Rəqiblərimiz süni intellekt, Kvant hesablamaları və sintetik biologiyada irəliləməyə can atır və bu sahələrə pul xərcləyirlər. Çünki bu, onları güclü edə bilər”, - MI6 direktoru deyib.

Moore bildirib ki, Kvant və biologiya mühəndisliyindəki irəliləyişlər bütün sənayelərdə dəyişikliklərə səbəb olacaq: “Agentlər üzərindən informasiya toplamaq MI6 fəaliyyətinin mərkəzində durur”.

Bundan əlavə, Moore “gizli yazı” texnologiyasını və İkinci Dünya müharibəsi zamanı inkişaf etdirilən simsiz və təhlükəsiz nitq texnikalarını MI6 tərəfindən hazırlanmış yeni texnologiyalara örnək kimi göstərib.


R. Moore

BBC-nin təhlükəsizlik üzrə mütəxəssisi Frank Qardnerin sözlərinə görə, Moorenin çıxışı həm də “MI6 ehtiyatlı olmasa, rəqəmsal texnologiyada geri qalar”,- xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

Moore, Böyük Britaniyanın Milli Təhlükəsizlik Strateji İnvestisiya Fondu ilə adətən milli təhlükəsizlik sahəsində işləməyəcək təşkilatlardan istedadlıları cəlb etməyi hədəflədiklərini də söyləyib. Onun qənaətincə, Çin iqtisadi siyasəti ilə təsirini artırmağa çalışır.

R. Moore, bu nöqtədə istifadə etdiyi “məlumat tələsi” ifadəsi ilə nə demək istədiyinə belə izah verib: “Əgər başqa bir ölkəyə cəmiyyətinizlə bağlı kritik məlumat əldə etməyə icazə versəniz, zaman keçdikcə suverenliyiniz pozulacaq və bu məlumatlar üzərində nəzarətiniz azalacaq”.

MI6-nın rəhbəri həmçinin bəyan edib ki, Rusiya Britaniya üçün “böyük təhlükə” yaradır.

Sonda R. Moore deyib ki, rəhbərlik etdiyi qurum “Taliban”ın Əfqanıstanda irəliləməsi ilə bağlı qiymətləndirmələrində səhvlərə yol verib. O, buna səbəb kimi “kəşfiyyat nöqsanını” göstərib.

Məlumat üçün qeyd edək ki, 2020-ci ilin oktyabrında MI6-da vəzifəyə başlamazdan əvvəl İngiltərənin Türkiyədəki səfiri vəzifəsində çalışan Moore kəşfiyyat xidmətlərinin yeni texnologiyaların inkişafı üçün özəl sektorla əməkdaşlıq etməli olduğunun vacibliyini də vurğulayıb.



Xəbərin oxunma sayı : 943




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap