Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

“Əsrin sazişi“ bu gün icra mərhələsinə girir: S-400-lərin Türkiyəyə tədarükü başlayır

Tarix 08.07.19, 13:25

Font ölçüsü : - / +
bitmap-img6


Lyubov Şvedova

svpressa.ru, 07.07.2019

Sona çatan həftə hadisələrlə zəngin olub. Məsələn, hamımıza bəlli olub ki, nəhayət ki, Rusiyanın S-400 zenit-raket kompleksinin Türkiyəyə göndərilməsi  ən yaxın vaxtlarda başlanacaq.

Əvvəlcə prezident Rəcəb Tayib Ərdoğanın təmsilçisi İbrahim Kalın uyğun xəbəri ictimaiyyətlə bölüşərək məlumatlandırıb ki, avadanlıq ən yaxın vaxtda Türkiyəyə çatdırılacaq. Sonra Türkiyə Cümhuriyyətinin müdafiə sənayesi  katibliyinin başçısı İsmayıl Dəmir dəqiqləşdirmə ilə çıxış edib. O, bir neçə gün qabaq vəd edib ki, S-400 qarşıdakı həftədə nəqliyyat təyyarələri vasitəsilə Rusiyadan yola salınacaq.

Rusiya tərəfdən “Rostex”in başçısı Sergey Çermezov sövdənin tezliklə başa çatacağı haqda danışıb. O hələ yazda söz verib ki, texnika yayda alıcıya göndəriləcək.

Budur, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov cümə günü tədarükün ən yaxın vaxtda başlanması haqda suala cavab verib ki, sövdə “plan üzrə” gedir.

Hər şeydən göründüyü kimi, Türkiyə tərəfinin bəyanatlarında heç bir şişirtmə yoxdur. Sonra da meydana çıxan məlumat görə,  göndərilən yükün birinci bölümünü artıq bazar ertəsi (bu gün-tərc.) Ərdoğana çatdıracaqlar.

Bu ZRK-lara görə Türkiyənin hansı basqılara düçar olduğu nəzərə alınsa, demək olar, əsrin sazişidir. Ona qarşı sanksiya tətbiq etməyə söz vermişdilər və məhdud sektorda olsa da, hər halda, elədilər – Ankara Ştatların ona tədarük etməli olduğu F-35-ləri almayacaq. Sanki eybi yoxdur, amma, bax, ölkə bunun ucbatından bir milyarda yaxın itirib, bir də çağdaş dövrün ən qabaqcıl təyyarələrindən birindən əli çıxıb. Əvəzində, bu, Türkiyə prezidentinin işgüzar nüfuzuna müsbət təsir edib – heç nəyə baxmayaraq, ruslarla saziş bağladı, bunu sona çatdırdı. Amma bu yaxınlarda Vaşinqton tərəfdən sanksiyalar haqda başqa boyada danışmağa başlayıblar. Bu, Donald Tramp G-20 sammitində Ərdoğanla görüşdükdən sonra baş verib. Nəticədə, sonuncu eyham vurub ki, Sem dayı ilə hər şey qaydasındadır – sanki, o, qarşı deyil. Amma, budur, Trampın özü bildirir ki, Ankaranı başa düşür və hesab edir ki, onunla ədalətsiz davranıblar. Amerikanın NATO üzrə öz tərəfdaşına yağdırdığı sayagəlməz hədələri yada salsaq, çox gözlənilməzdir. Bununla bağlı ciddi şübhələr meydana çıxıb – guya, Ərdoğan S-400 məsələsi üzrə Trampla anlaşıb, amma bunu elə tərzdə edib ki, itirən Rusiya olacaq. Əsas mətləb budur ki, S-400 Türkiyəyə çatdırılandan sonra Amerikanın texniki heyətinin bu komplekslərə əlyetərlik riski meydana çıxacaq. Yəni ABŞ bizim əsas ZRK-larımzı öyrənə bilər və bu, nəzəriyyədə Rusiya Federasiyasının müdafiə bacarığına ziyan vura bilər.

Rusiya hərbi eksperti Aleksey Leonkov hesab edir ki, söhbət şişirdilir. Bundan başqa mütəxəssis hesab edir ki, Türkiyə bu məsələdə özünü dedikcə ardıcıl aparır və çətin ki, belə bir əclaflığa əl atar.

– Belə şayiələr tez-tez yaranır. Məsələn, söz-söhbət var ki, guya, Türkiyə aldığı S-400-ləri Suriyaya qarşı istifadə etmək niyyətindədir. Bunu İdlibdə baş vermiş hadisəyə bağlayırlar. Terrorçular hansısa bir anda Suriya ərəb ordusunun mövqelərinə hücum ediblər. Əlbəttə, əsgərlər atəş açıblar və naqafil bir mərmi təsadüfən, ya da hərbçilərin qeyri-peşəkarlığı üzündən Türkiyə blokpostunun ərazisinə düşüb. Və bundan hay-küylü əhvalat quraşdırmaq qərarına gəliblər – türklər bütün bunları elə-belə qoymaz və suriyalılara münasibətdə hökmən sərt cavab tədbirləri görəcəklər. S-400-ü harmonik şəkildə bu əhvalata calamaq istəyirdilər. Düşünürəm ki, burada arzu olunanı gerçəklik kimi qələmə vermək istəyiblər. Fikrimcə, Ərdoğan özünün bütün ziddiyyətləriylə yanaşı yenə də S-400 alqısı haqda müqaviləyə sadiq idi və bütün öhdəlikləri yerinə yetirib.

– Amma yenə də ABŞ-ın S-400-ə çıxış əldə edəcəyi haqda ehtimal sıfıra bərabər deyil.

– O bunu hətta əldə etsə də, güman etmirəm ki, nəsə alınar. Birincisi, bütün bunların necə işlədiyini anlamaq üçün sərəncamında bir neçə ipucu olmalıdır. Bu, çox mürəkkəbdir. Mənə HHM kompleksləri ilə məşğul olan şirkətlərin təmsilçilərilə dəfələrlə görüşmək nəsib olub. Və budur, onların sözlərinə görə, bu kompleksin necə işlədiyini başa düşmək üçün onun funksionalına nüfuz etmək gərəkdir, amma Rusiya və Amerika HSK-lərinin tamamilə bir-birindən asılı olmadan inkişaf etdiyi nəzərə alınsa, S-400-lə bağlı bu, demək olar, mümkünsüzdür. ABŞ bizim kompleksləri öyrənməyə əvvəllər də səy edib. Onun Tonopada (Nevada ştatında-tərc.) səhrada aviabazası var. Orada bizim köhnə komplekslərdən çoxu yerləşdirilib. Orada S-75, “Arı” və Ukraynanın S-300-ləri də var. Onlar bu kompleksləri öyrənməyin gedişatında öz “Tomahavk”larını dəyişiblər, amma bütün bu proses onların raketlərini heç cür xilas etməyib – həmincə komplekslər onları çox gözəl vurub. Burada hələ başqa özəlliklər də var: S-400 ta başdan təmiz vərəqdir. Bacarıqlı əllərdə gücə çevrilir, amma yalnız gərəkli proqram təminatı olarsa. Mütəxəssislər hədəfləri kitabxanaya yükləyirlər, bütün proqram təminatı yüklənir, yəni kompleks istifadə edildiyi ölkədəki HHM sisteminə uyğun qurulur. Əlbəttə, türklər onlara lazım olan məntiqi bloku qoşacaqlar və bu, S-400 kompleksini RF-nin müdafiəsində duranlardan xeyli fərqləndirir. Bundan savayı, ixrac variantı Rusiya ordusunun istismar etdiyindən ən ciddi şəkildə seçilir. Hətta deyərdim ki, əsaslı fərqlənir.

– Yəni ABŞ hətta Türkiyənin S-400-lərinə çıxış əldə etsə də, fərq etməz, bu, Rusiyaya heç bir ziyan vurmaz?

– Bəli, heç bir təhlükə yoxdur.

Tərcümə Strateq.az-ındır.  



Xəbərin oxunma sayı : 181

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda