“Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar
Axtar
 
  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

“Əzəli torpaqlarımızda bayrağımız dalğalanacaq” – Mədət Quliyev

Tarix 08.11.18, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycanın Dövlət Bayrağının qəbul edilməsinin 100 illiyinə və 9 noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev giriş sözü ilə açaraq, şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirib.



Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin ülvi yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli Dövlət Bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindəndir. Bildirilib ki, möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlətimizin başçısının bilavasitə rəhbərliyi və iştirakı ilə paytaxt Bakıda və respublikanın bölgələrində Dövlət Bayrağının vüqarla dalğalanması üçün yaradılmış möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.



General-polkovnik Mədət Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Dövlət Bayrağının Azərbaycanın bütün tarixi və əzəli torpaqlarında daim zirvələrdə dalğalanacağını bildirərək, şəxsi heyətə Vətənin zəfərləri və qüdrətlənməsi naminə xidmətdə müvəffəqiyyətlər arzulayıb.





Xəbərin oxunma sayı : 469

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda