Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“ABŞ Bərzaninin burnunun əzilməsini istəyir, lakin İraqa sona qədər getməyə imkan verməyəcək” – Türk araşdırmaçı

Tarix 17.10.17, 4:15

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, ABŞ-ın İraqdakı ordusu peşmərgədən azad edilən Kərkük ətrafına yerləşib.

Strateq.az xəbər verir ki, Amerika ordusunun bu qəfil həmləsi və rəsmi Vaşinqtonun hazırkı vəziyyətə baxışı ilə bağlı Türkiyənin araşdırmaçı jurnalisti Nevzad Çiçək maraqlı şərh verib.

Onun sözərinə görə, hazırkə mərhələdə, ABŞ və İsrailin proseslərə müdaxilə edəcəyi  gözənilmir:

"Bəziləri İraq ordusuna çox ciddi dəstək verən "Haşdi Şabi"yə görə ABŞ və israilin prosesə seyrçi qalmayacağını düşünür. Ancaq nəzərə almaq lazımdır ki, "Haşdi Şabi" 60-dan çox qrupun bir araya gələrək, qurduğu güclü ordu halına gəlib. Düzdür, bu qrupu məzhəbçilikdə ittiham edənlər var. Lakin fakt odur ki, onlar bu iddianın təsdiqini tapmaması üçün son vaxtlar əllərindən gələni edirər.

Son Kərkük əməliyyatında da bunu təsdiqləyən görüntü vermədilər. Üstəlik, müxtəlif məzhəb və etnik qruplardan ibarət İraq parlamentinin də "Haşdi Şabi"yə baxışı yüksəkdir.  Yəni bu gün artıq İraq ordusu dedikdə "Haşdi Şabi" və ya "Haşdi Şabi" dedikdə İraq ordusu başa düşülür. Bəli, bunlar bir-birindən fərqli deyillər.

Ona görə də ABŞ və ya İsrailin bu qrup üzərindən proseslərə müdaxilə etməsi mümkünsüzdür. Bu, Amerika üçün, onun İraqdakı ordusu üçün indiki mərhələdə uğurdan çox, zərər gətirər. Əksinə, məncə, ABŞ "Haşdi Şabi"nin İraq ordusuna yaxından dəstək verib, birgə əməliyyat keçirməsində daha çox maraqlıdır.  Çünki Vaşinqtonun başqa marağı var".

Jurnalistin sözlərinə görə, Vaşinqton sadəcə referendum prosesində ona qulaq asmayan Bərzanini cəzalandırmaq istəyir: 

"Düşünürəm ki, ABŞ-ın proseslərə hələlik seyrçi yanaşmasında əsas məqsədi referendum prosesi zamanı onu dinləməyən Bərzaninin burnunun əzilməsidir. İraq ordusu "Haşdi Şabi"nin simasında bunu edəcək. Lakin İraq ordusunun daha çox irəliləməsinə imkan verilməyəcək. Son anda ABŞ ortaya çıxıb, "ənənəvi xilasedici" rolunu oynayacaq".




Xəbərin oxunma sayı : 646




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap