Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

“Abşeron” yatağından qaz ilk növbədə daxili bazara yönəldiləcək – SOCAR

Tarix 02.12.19, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasil ediləcək qaz ilk növbədə ölkənin daxili tələbatının ödənilməsinə yönəldiləcək.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, “Abşeron” yatağında qaz hasilatına 2021-ci ildə start veriləcək.

“”Abşeron” yatağından qaz ilk növbədə daxili tələbat üçün nəzərdə tutulur, çünki bizim üçün prioritet ilk növbədə Azərbaycanda tələbatın qarşılanması, yerdə qalan həcmləri isə ixraca yönəltməkdir”, – deyə İ. Əhmədov qeyd edib.

SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, hazırda qaz ehtiyatları təxminən 400 mlrd. kubmetr təşkil edən “Abşeron” yatağında infrastrukturun yaradılması aparılır.

“Abşeron” dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Qeyd edək ki, bu yaxınlarda yataqda kəşfiyyat-hasilat quyusunun qazılması və konservasiyası bitib.

“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir.

Yatağın operatoru “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (“Joined Operating Company Absheron Petroleum”) birgə müəssisəsidir. (apa)




Xəbərin oxunma sayı : 559

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda