Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Admirala açılan saxta cinayət işi Rusiyadan sifariş olunmuşdu”– Sabiq MTN-çidən şok açıqlamalar

Tarix 15.06.18, 1:42

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-a köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında özünün bloqunda sensasion xarakterli, şok effektli son dərəcə ilginc yazılar yazmaqda davam edir. O, ötən aylarda Eldar Mahmudovun 11 illik fəaliyyəti haqda, MTN-də həmin illər ərzində baş verən, ölkənin ictimai-siyasi həyatını silkələyən, lakin bir çox tərəfləri gizli saxlanılan olayların bəzilərinin üzərindən sirr pərdəsini qaldıran müəllif yazıları ilə çıxış edib.

Ərəstun Oruclu bu səpkili yazılarını davam etdirir. Yazılardan birində Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı başladılan cinayət işinin sifarişli olmasını qeyd edib. Hərbi prokuror Xanlar Vəliyevi sifarişin icraçısı adlandırır. Yazır ki, hərbi prokuror Xanlar Vəliyevin Xəzərdə ölkənin suverenliyini təmin etməli olan sualtı radar sistemini quranlara qarşı başlatdığı saxta cinayət işi Azərbaycanın Xəzərdə öz sektoruna suverenliyinin itirməsinə gətirib çıxarıb.

Ə.Oruclunun bloqundan sitat: “2013-2014 illərdə Hərbi Dəniz Qüvvələri komandanı, ölkənin yeganə kontr-admiralı Şahin Sultanova qarşı qaldırılan və nəticədə admiralın həbsinə səbəb olan saxta cinayət işi sözün həqiqi mənasında dövlətə xəyanət idi”.

Araşdırmalar Mərkəzinin rəhbəri bloqunda yazır ki, kontr-admiralın həbsində hədəf heç də Şahin Sultanovun personası deyildi: “Həmin saxta cinayət işinin məqsədi Xəzərin Azərbaycan sektorunda Hərbi-Dəniz Qüvvələri tərəfindən ölkənin Xəzərdəki suverenliyini təmin etməli olan sualtı radar sisteminin quraşdırılmasının qarşısını almaq idi. Gördüyümüz kimi, Hərbi Prokurorluq həmin əməliyyatı da uğurla başa çatdırdı və nəticədə bu gün Azərbaycan faktiki olaraq Xəzərin ölkəyə məxsus sektorunda suverenliyini tam itirmək üzrədir”.

Ə.Oruclu daha sonra yazır: “Hələ 2013-cü ilin sonunda hərbi prokurorluq və onun rəhbəri tərəfindən başladılan və Şahin Sultanova qarşı açılan saxta cinayət işi mahiyyət etibarilə ağır dövləti cinayətdir və Rusiya tərəfindən sifariş olunub”.

Ərəstun Oruclu bundan başqa mərhum Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlində sübutların olmasını açıqlayıb: “Milli Qəhrəman Mübariz İbrahimovun məlum hadisə ərəfəsində hərbi prokurorluq tərəfindən təhdid olunması haqda da əlimizdə sübut-dəlilli məlumat var. Amma bu hadisənin və onun nəticələrinin ümummilli mənəvi-siyasi əhəmiyyətini nəzərə alaraq, mərhum Milli Qəhrəmanın işğalçılarla döyüşdə həlak olmasından həmən sonra bizə təqdim olunmuş sənədi o zaman ictimailəşdirmədiyim kimi, bu gün də bunu etmək fikrində deyiləm. Dövlət və hakimiyyət orqanları üçün maraqlıdırsa, həmin sənədin surətinin vaxtilə bizə ölkənin hərbi əks-kəşfiyyatındakı şəxslərdən biri tərəfindən ötürüldüyünü qeyd edə bilərəm”.(musavat.com)



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap