“Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni
Axtar
 
  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

“AGBank” və “NBC Bank”dakı əmanətlərin qaytarılmasına iyunun 16-dan başlanılacaq – Əmanətlərin sığortalanması fondu

Tarix 22.05.20, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir

Bu barədə Əmanətlərin sığortalanması fondunun məlumatında deyilir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcəkdir.



Xəbərin oxunma sayı : 217

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda