Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şamaxıda üç kəndlə əlaqə kəsildi

Tarix 19.05.17, 1:22

Font ölçüsü : - / +
bitmap-img6


İki gündür aramsız yağan leysan yağışları Ağsu çayının daşmasına səbəb olub. "Report"un xəbərinə görə, nəticədə Şamaxının Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını sel suları yuyub

Rayon mərkəzinə getmək mümkün olmadığından sakinlər çaydan keçmək üçün atlardan istifadə edirlər. Bundan əlavə, sel suları kəndlərdə əkilən bostan sahələrinə də ciddi ziyan vurub. Dörd kənddə çayın həm sol, həm də sağ sahilində əkilən bostan və tərəvəz bitkilərini sel yuyub aparıb. Hətta bəzi ərazilərdə torpaq uçqunları da baş verib. Kəndlərə verilən elektrik enerjisi kəsilib. Şamaxı-Qaleybuğurd yolunun 4-6 km.-də Bədo və Güllüdərə adlanan ərazidə dağdan qopan torpaq və qaya parçaları yola tökülülb.

Günün ikinci yarısından başlayaraq aidiyyəti qurumlar əraziyə cəlb olunub. Təmir işləri nəticəsində Qaleybuğurd kəndi ilə əlaqə bərpa edilib. Digər iki kəndlə hələ də əlaqə yoxdur.



Xəbərin oxunma sayı : 121




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap