Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şamaxıda gecə vulkan püskürdü - Əhali təşvişə düşdü, rəsmilər açıqlama verdi

Tarix 13.02.19, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Gecə saat 02:00 radələrində, Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb.

AzFakt.com bildirir ki, bu barədə Oxu.az  məlumat verib. Bildirilir ki, insanlar vulkanın səsinə oyanıblar. Yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri təşvişə düşüblər. Vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq təxminən 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb.Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.

“Şamaxıda yerləşən “Quşçu” vulkanı püskürüb”. Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.

Onun sözlərinə görə, Şamaxıda yerləşən digər vulkanın aktivləşməsi ehtimal edilir: “Quşçu” vulkanın püskürməsinin təhlükəli olacağını düşünmürəm. Hər halda ehtiyatlı olmaq lazımdır. Çünki kəndin yaxınlığında yerləşir”.

Adil Əliyev qeyd edib ki, Şamaxıda yerləşən digər vulkanlar da aktivləşə bilər: “Dəmirçi”, “Qızmeydan” vulkanlarının aktivləşməsi barədə də məlumat veriləcək. Onların aktivləşməsi gözləniləndir. Bu vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ baş verən zaman yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur. Bu vulkanların püskürməsi gözlənilən haldır. Hazırda əraziyə baxış keçirilir”.



Xəbərin oxunma sayı : 421




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap